Senatorlar İsrailə yardımı azaltmaq üçün ABŞ nin müdafiə büdcəsini bloklamağa çağırırlar
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir qrup amerikalı senator ABŞ Demokratik Partiyasını təmsil edən həmkarlarını, İsrailə yardım xərcləri azaldılma tərəfə yenidən nəzərdən keçirilənədək, 2027-ci il üçün Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) qanun layihəsinin müzakirəsini bloklamağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi bir qrup senatorun məktubuna istinadən məlumat yayıb.
Məktub beş demokrat senator və müstəqil qanunverici Berni Sandersin təşəbbüsü ilə hazırlanıb və Senatda 45 nümayəndəsi olan Demokratlar Partiyasının bütün fraksiyasına ünvanlanıb. Bu sənəddə senatorlar İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətini tənqid edir və onunla əməkdaşlığın yolverilməz olduğunu bildirirlər. Agentliyin qeyd etdiyinə görə, bu məktub İsrailə dəstək məsələsində ABŞ Demokratlar Partiyası daxilində böyüyən parçalanmadan xəbər verir.
ABŞ Konqresi müdafiə təxsisatları haqqında qanun layihəsini hökumətin təklif etdiyi və 1.5 trilyon dollarlıq hərbi büdcənin formalaşdırılmasını nəzərdə tutan rəqəmləri nəzərə almaqla hazırlayır. Hazırkı variantda qanun layihəsi, həmçinin müdafiə sahəsində ABŞ-İsrail əməkdaşlığının dərinləşdirilməsini və iki ölkənin kəşfiyyat qurumları arasında kooperasiyanın genişləndirilməsini nəzərdə tutur.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 10 İyul 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















