Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mənə şəkil göndərdin

uzun illərdən sonra,

bəraətçün şəkillər

görən, nə deməliydi?

Hə, elədi, sükutda

gizlənib bütün sözlər.

Gözəldi saçında ağ-

iztirabın sancağı.

Mənimsə köksümdədi

xəyanət qəlpələri.

Şəhvətin köynəyini

təəssüf  yeli qurudub.

Birlikdə son günümüz,

yəni, o şəkil, əda

keçmisin yaddaşında

indi çoxdan soluxub.

İndi mən çox düşmüşəm,

sən də cavan deyilsən.

Qırışları gizlətmir

boynundakı yaylığın.

Tənhasan, yeməyini

yəqin yavan yeyirsən.

Gövdəni gəzdirəndə

büdrəyir ayaqların.

O adamlar deyilik,

bir də nə yazım,axı?

Ehtirasın külündə

qaralar üz-gözümüz.

Güzgüdə təskinliyin

gözəlliyin deyilsə,

heç olmasa dadına

yetişsin diriliyin.

Balaca şəhərlərin

çox rahat dünyası var:

üç-dükan, meydança,

klub və qəbristanlıq.

Amma əsas bu deyil,

orda bütün söhbətlər

dünyanın özü qədər

yaman çəkər adamı.

Ömür harda yaşansa

tale orda qonaqdı.

Qonağısa qovmazlar,

bir də adət var axı.

Axşamları tum çırtla,

pəncərədən Aya bax,

Leylanın Məcnununda

son hərf üçün baş sındır.

Ümidlər ilə yama

sabahın cübbəsini.

Dualardan bərk yapış,

təkcə özün üçün yox.

Xatirə güvəsini

təmizlə üst-başından.

İndiysə getməliyəm,

oğlum məktəbdən çıxır.

***

Yazmaq da yazmamaq  tək

dostum, elə taledi.

Tale deyilsə demək

ya yoxdu, ya zayedi.

Düşsən- enişdi dağlar,

qalxsan- dostum, yoxuşdu.

Bağlananda qapılar-

bacalar da çıxışdı.

On eləsə üç üçüm,

1 də  demək özünsən.

Hər kəs özünün bü(s)tü,

qonub çiyinlərinə.

Vaxt yıxar hər heykəli,

gizlədər qara torpaq.

Üstdən pərgar dillərin

yellər əsər qaçaraq.

Şükür, hələ yaşanır

Həyat ay-ay və il-il.

Ömrümüz xırdalanır

yollarda ləpir-ləpir.

Salam olsun bu sabah

qoy, Səlimdən Sarvana.

Bəndəni sevən Allah

bəs edər hər karvana.

***

Qohumluq əsasında yaranan

insan birlikləri- qəbilədir.

Azərbaycan- qəbilə

qanunlarıyla yaşayan,

idarə olunan demokratik ölkədir.

Pul- əmtəədir, ilkin adıyla sikkədir.

Rüşvət- zəhmətə hikkəli bir şillədir.

Odur ki, ey məmləkət adamları

məni dinləyin:

Rüşvət alanda və verəndə

onu mütləq zərfə qoyun:

mədəni, estet və zərif olun;

özünüzü tox tutun,

pula bulaşdırmayın gözünüzü,

onu özünüzə qarşı şahidlikdən

qorumaq olsun bəraətiniz

və  daha çox cibləriniz

hiss etsin paraların ağırlığını.

Haqqınızda söz dedizdirin,

yazı yazdırın,

ya da özünüz yazın:

sizi sizdən yaxşı kim tanıyır ki.

Mərkəzi küçələrdə tez-tez

gəzməyə çıxın,

özünüzü özünüzə həqiqi

şəhərləri kimi hiss etdirin:

yumruq vurun, tir atın,

əsas da tez-tez tüpürün-

vətəni suvarmaq ədəbdəndi.

Ölkənin adını heç vaxt

düzgün tələffüz etməyin:

o çox gözəldi, gözə gətirərsiz,

onu mütləq “azar”layın,

“zər”ini “zır”la zorlayın.

Tərəzidə mütləq aldadın:

narahat olmayın, etalon uzaqda,

Londondadı.

Ləhcəylə danışın:

onda siz mütləq qəhrəmansınız,

möhtəşəmsiniz:

yalnız məhlənizdə, kəndinizdə-

dünya onsuz da yepyekə Çindi.

Hüququ boş verin, adətləri sevin.

Ənənlər hüququn əsasıdı.

Əsas adamın balası, ata-anasıdı.

Qalanları ya adam, ya başqasıdı.

Həyatmı mətndi? Mətnmi həyatdı?-

bunları düşünmədən yaşamaq əlbəttə

asanddı.

Odur ki,heç kitab almayın,

olanları da cırıb tullayın:

Elxan demişkən, dönər dünyadan dadlıdı

və ucuzdu əlbəttə ki.

Qətiyyən ciddi musiqi dinləməyin,

dünya onsuz da səs-küylüdü.

Təskinliyiniz quş səsi olsun,

ya da pişik miyoltusu-

yekə maşınlarınlarınızın təkəri altında qalıb öləndə

və əlbəttə eşitsəniz.

Səlim Babullaoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Yanvar 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri