Icma.az
close
up
RU
Sənə heçnə verməyəcəyəm Bakıda kafedə qadın döyüldü

Sənə heçnə verməyəcəyəm Bakıda kafedə qadın döyüldü

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakının Sabunçu rayonunda 25 yaşlı oğlan kafe sahibi olan qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə,  hadisə 13 oktyabr 2024-cü ildə rayonun Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən kafedə baş verib. 
Sabirabad rayon sakini, 2001-ci il təvəllüdlü Musa Almazın (adlar şərtidir – red.) icarəyə işlətdiyi adsız kafeyə daxil olub və sifariş etdiyi içkilərin kafedə satışda olmaması barədə ona bildirməsini bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan münaqişə yaradıb. 
Daha sonra o, qadına zor tətbiq edib və onun sol əlini sıxaraq burub, sifət nahiyyəsindən bir neçə dəfə şillə zərbəsi vurub. 
Musanın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Almazı tanıyır, Ramana qəsəbəsi, Südçülük Sovxozunda iki ədəd adsız kafeni icarəyə götürərək işlədib:
“Mən boş vaxtlarımda həmin kafelərin birinə gedərək çay və ya pivə içirəm. Məlum hadisə günü, günorta vaxtlarında Almazın icarəyə işlətdiyi kafelərin birinə getdim və pivə verməsini istədim. Almaz pivə olmadığını dedi. Mən isə bildirdim ki, pivə yoxdursa, spirtli içki olan pivə versin. O, isə cavab olaraq “sənə heç bir şey verməyəcəyəm” dedi. Eyni zamanda 60 manat borcum olduğunu bildirdi. Almaza öz narazılığımı bildirdim və kafedən getdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 15-20 dəqiqə sonra Almazın işlətdiyi Ramana qəsəbəsi, Südçülük Sovxozunda yerləşən digər kafesinə gedib: “Həmin kafeyə daxil olanda Almazın kafedə olduğunu gördüm. Həmin vaxt saat 13 radələri olardı. Həmin zaman kafedə Səlim, Almaz, tanımadığım 5-6 nəfər müştəri olub. Sonradan adının Ayla olduğunu bildiyim, lakin Gülşən kimi müraciət etdiyim qadın isə mətbəxdə idi. Kafeyə daxil olduqdan sonra Almaz məni görən kimi üzərimə gəldi, kafedən getməyimi tələb etdi. Həmin vaxt Səlim adlı şəxs Almazı sakitləşdirdi. Mən Səlimlə söhbət etməyə başladım”. 
Musanın ifadəsinə görə, daha sonra Almazdan pivə istəyib: “Lakin Almaz dedi ki, pivə yoxdur. Almazın sözündən sonra dedim ki, pivə yoxdursa, kofe versin. O, kofenin də olmadığını dedi. Bu sözündən sonra Almaza dedim ki, kofe yoxdursa, o zaman  çay ver. O, çayın da olmadığını söylədi. Onun bu hərəkətləri məndə qıcıq yaratdı. Bu mövzuda Almaz ilə sözlə mübahisə edərək ona iradımı bildirdim. Mübahisə böyüdüyü üçün əsəblərimi cilovlaya bilmədim və  Almazın üzərinə getdim, onun sol əlini sıxaraq burdum, sifətinə də bir neçə dəfə şillə zərbəsi vurdum. Sonra da kafedən çölə çıxaraq getdim”.
İş üzrə zərərçəkmiş Almazın sözlərinə görə, Ramana qəsəbəsi, Südçülük sovxozunda kafe icarəyə götürərək oranı işlədib:
“Musa adlı şəxsi tanıyıram, onunla heç bir düşmənçiliyim və ədavətim olmayıb. Kafeni işlətməyə başlayandan Musa oraya gəlir və orada spirtli içki qəbul edir. O, hər dəfə kafeyə gəldiyi zaman mənimlə və digər müştərilərlə münaqişə edir”. 
Almaz qeyd edib ki, məlum hadisə günü, saat 13 radələrində Musa kafeyə gəlib və ondan spirtli içki istəyib: “Musaya spirtli içki verməyəcəyimi dedim. Sonra çay içmək istədi. Mən təkrar olaraq ona heç bir şey verməyəcəyimi dedim və kafedən getməyini istədim. Musa bu səbəbdən ayağa qalxdı və nalayiq ifadələr işlədərək məni təhqir etdi. Bu zaman kafedə işləyən Səlim adlı şəxs Musadan sakit olmasını və nalayiq ifadələr işlətməməsini istədi. Lakin o, buna məhəl qoymadı. Səlim kişinin üzərinə gedərək onun üz nahiyəsindən yumruq zərbəsi vurdu. Mən Musanı oradan uzaqlaşdırmaq istədim və yanlarına getdim. Sonra Musa sol əlimdən tutaraq sıxdı və sinə nahiyəmdən iki dəfə yumruq zərbəsi vuraraq kafedən qaçaraq getdi”. 
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Musa 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 
Qeyd edək ki, Musa bundan əvvəl də Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunub və aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri