Sənə təkcə Argentina deyil, bütün dünya minnətdardır Neymardan Messiyə
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Santos”un hücumçusu Neymar Lionel Messinin Argentina millisində keçirəcəyi vida oyunu öncəsi ona müraciət edib.
Sportal.az xəbər verir ki, bu gecə Argentina millisi Benin yığması ilə qarşılaşacaq.
“Futbolu sevən hər kəs bütün bu illər ərzində sənin oyunundan zövq aldı... Bu gün öz milli komandanın, öz ölkənin formasında son oyunundur və ümid edirəm ki, hər saniyəsindən zövq alacaqsan, bu gün sənə göstərilən bütün ehtiram və hörmət sənə sevinc bəxş edəcək.
Sənə təkcə Argentina deyil, futbol üçün etdiyin hər şeyə görə bütün dünya minnətdardır. Futbolu mənə daha da çox sevdirdiyin üçün təşəkkür edirəm. Sənə qarşı oynamaq mənim üçün şərəf idi, səninlə birlikdə tarix yazmaq isə daha böyük şərəf oldu.
Təşəkkür edirəm, Leo Messi”, — deyə Neymar yazıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Oktyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















