Icma.az
close
up
RU
“Sənəd hücum və ya digər dövlətin ərazi bütövlüyünə toxunmaq üçün nəzərdə tutulmayıb” KOMİTƏ SƏDRİ

“Sənəd hücum və ya digər dövlətin ərazi bütövlüyünə toxunmaq üçün nəzərdə tutulmayıb” KOMİTƏ SƏDRİ

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclis Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasındakı Anlaşma Memorandumunu ratifikasiya edib.

Bununla bağlı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Gununsesi.info-ya açıqlamasında deyib ki, Şuşa Bəyannaməsindən çıxan bir sıra müəddəalar birbaşa hərbi əməkdaşlığa və təhlükəsizliyə aiddir və bu memorandumda öz əksini tapıb.

“Məlumdur ki, təhlükəsizlik və müdafiəyə aid bütün məsələlərin həlli və qanuniləşdirilməsi məhz Milli Məclisdə həyata keçirilib. Yəni, bu gün müdafiə və təhlükəsizliklə bağlı hər hansı bir problem ortaya çıxarsa, iki dövlət BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq və sülhün təmin olunması istiqamətində atılan addımlarla birgə həll edəcək. Bir dövlət digərinə müraciət etdikdə isə birgə fəaliyyət göstərilməsi üçün addımlar atılacaq. Bu baxımdan, bu sənəd çox mühüm əhəmiyyətə malikdir”,-deyə o əlavə edib.

Deputat qeyd edib ki, kütləvi informasiya vasitələrində artıq müəyyən tərəflər, həm Ermənistan, həm də digər maraqlı dövlətlər, sənədin məqsədini yanlış təqdim edirlər və guya Türkiyə və Azərbaycan orduları birgə hərbi fəaliyyət göstərəcək:

“Lakin bu, həqiqəti əks etdirmir. Biz sülhün tərəfdarıyıq və onu bərqərar etmək istiqamətində addımlar atırıq. Bu sənəd regionda və digər ərazilərdə hər hansı təhlükə və ya təhdid yaratmır.

Bu sənəd yalnız iki dövlət arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məqsədini daşıyır. BMT Nizamnaməsinin 51-ci maddəsi də burada sülhün qorunması ilə bağlıdır.

Sənəd heç bir halda hücum və ya digər dövlətin suverenliyinə və ərazi bütövlüyünə toxunmaq üçün nəzərdə tutulmayıb. O, beynəlxalq standartlara və qanunlara tam uyğun hazırlanmışdır. Əsas məqam budur”.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri