Sənəd saxtalaşdırılmasında adı hallanan Kaspian Standart a 272 min manatlıq tender
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Tibb Universiteti (ATU) “Kaspian Standart” MMC ilə 272 642,54 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, müqavilə universitetin mətbəəsi üçün lazım olan avadanlıqların və materialların alınmasını nəzərdə tutur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Kaspian Standart” MMC 17 mart 2008-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsrullayev Fuad Nazim oğludur.
Şirkətin fəaliyyət sahəsi kifayət qədər geniş olsa da, açıq mənbələrdə onun fəaliyyəti haqqında geniş məlumatlara rast gəlinmir. Şirkətin maddi-texniki bazası, əməkdaşlarının sayı və həyata keçirdiyi layihələr barədə də ictimaiyyətə açıq ətraflı məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən aparılan araşdırma zamanı məlum olub ki, “Kaspian Standart” MMC müxtəlif dövlət qurumlarının keçirdiyi satınalma müsabiqələrinin qalibləri sırasında yer alıb.
Şirkət müxtəlif vaxtlarda inşaat işləri, kitab, dəftərxana və təsərrüfat mallarının alınması, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi, həmçinin yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi ilə bağlı araşdırma və təhlillərin aparılması kimi fərqli satınalma predmetləri üzrə müqavilələr əldə edib.
2022-ci ildə “Kaspian Standart” MMC-nin adı dövlət satınalmaları ilə bağlı sənədlərin saxtalaşdırılması məsələsi üzrə yayılan məlumatlarda da hallanıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 08 Oktyabr 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















