Icma.az
close
up
RU
Trendlər standart seçimlərimizi yönləndirir

Trendlər standart seçimlərimizi yönləndirir

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələr bizim bir çox alışqanlığımızı dəyişdi, həm qidalanma, həm geyim, eləcə də, istehlak etdiyimiz bir çox məhsulu öz zövqümüzə uyğun yox, trendlərə uyğun seçmək məcburiyyətində qaldıq.

Bu barədə sosioloq Lalə Mehralı Missiya.Az-a danışıb.

"Belə trend və ənənələr təkcə gənclər üçün də keçərli deyil, ümumilikdə insanların alışqanlıqlarını dəyişdi. Cəmiyyətin təsiri, tənqidi və ya təzyiqinə məruz qalması məsələsi də burada mümkün hallardandır. Gənc nəsil bəzən geyim seçimində ailəsinin təzyiqinə məruz qala bilir. Bəzən də cəmiyyət tərəfindən stiqmaya məruz qalır. Zənn edirəm ki, burada ən təsirli hal stiqma olur.

Lalə Mehralının sözlərinə görə, gənclərimiz bədən proporsiyalarına uyğun olmayan geyimdə ictimaiyyət içərisinə çıxanda buna hazır olmalıdırlar ki, başqaları tərəfindən təzyiqə məruz qala bilərlər. Bizim cəmiyyət kifayət qədər müasir düşüncəli insanların cəmiyyətidir. Buna rəğmən o müasirliyin sərhədlərinə təzyiq göstərən geyim formaları var. Belə ki, bu vəziyyəti alt geyimlərini üst geyim kimi satan mağazalar yaradıb.

"Yəni əslində bu günə qədər alt geyim kimi geyinilən geyimləri mağazalar üst geyim kimi təqdim etdilər. Bunun trend olduğunu düşünən gənclər də bunu təbliğ etdilər. Bir digər məsələ trend olan markalardır ki, biz bunu daha çox yeniyetmələr arasında müşahidə edirik. Gənclərdə də var belə hallar çoxdur. Öz yaşıdları tərəfindən təzyiqə məruz qalan gənclər var ki, trend ya da marka geyinmədiyi üçün onu ələ salırlar. Valideynin marka geyim alması öz büdcəsi daxilindədir, bununla belə bunu öz övladına təlqin etməyi doğru deyil ki, yanlız marka geyinmək lazımdır. İnsan geyim geyinər marka olsun, ucuz olsun, sıradan bir sexin məhsulu olsun fərqi yoxdur onun mahiyyəti insanın ehtiyyaclarını qarşılamaqdır. Soyuqdan ya da istidən qorumaq və sair. Kimsə marka geyinmir onu öz qrupumuzdan təcrid edək kimi baxış bucağı yanlışdır. Zənn edirəm ki, bu cür davranış formaları yeniyetməlik dövrünü yeni keçmiş gənclərdə də ola bilər və geyimin qiyməti yaxud hər hansı bir fərqliliyi olsun bu qruplaşma səbəbi olmamalıdır. İnsanlar zəkası və ağlına görə zövqlərinə görə özünə yoldaş tapmalıdır və öz çevrəsini bu cür qurmalıdır diyə düşünürəm".

İlahə Qənbərli

Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://missiya.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri