Icma.az
close
up
RU
Sənədlərin elektron formada əldə edilməsi qaydası genişləndirilir

Sənədlərin elektron formada əldə edilməsi qaydası genişləndirilir

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

- +

Azərbaycanda bir sıra sahələr üzrə sənədlərin elektron formada əldə edilməsi qaydası genişləndirilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, qeyd edilən tədbirlər çərçivəsində hazırlanmış qanun layihəsində aşağıda təsnifatlananan sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilməsi və sözügedən məlumatların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur:

• əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə

1. işçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnaməsi;

2. ünvanlı dövlət sosial yardımının təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərar;

3. sosial müavinətlər təyin edilməsi və təyin olunmasından imtina qərarı;

4. əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, təyin edilməsindən imtina olunması, bərpası, dayandırılması və əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi barədə qərar;

5. şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dair qərar;

6. şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğvi barədə qərarlarda, fərdi məşğulluq proqramında və fərdi məşğulluq vərəqindəki məlumatlar.

• miqrasiya sahəsi üzrə

1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması barədə qərar;

2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;

3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizin ərazisində əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi vəsiqəsi;

4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;

5. qaçqın vəsiqəsi.

• səhiyyə sahəsi üzrə

1. vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənəd;

2. tibbi sığorta şəhadətnaməsi;

3. ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişi.

• təhsil sahəsi üzrə

1. təhsil haqqında dövlət sənədi;

2. müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə verilən arayış.

• yol hərəkətinin təşkili sahəsi üzrə

1. sürücülük vəsiqəsi;

2. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon.

• iqtisadiyyat sahəsi üzrə

1. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnaməsi;

2. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrindən çıxarışı;

3. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının nizamnaməsi və ya nizamnaməsinə dəyişiklik;

4. lisenziya və icazə, habelə onun əlavəsində göstərilən məlumatlar;

5. daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;

6. annuitet və icbari sığorta müqavilələri;

7. icbari sığorta şəhadətnaməsi.

Beləliklə, elektron xidmətlərin təşkili və göstərilməsi sahəsində fəaliyyətin effektiv təşkili, müvafiq sahə üzrə inzibatçılığın, habelə vətəndaşların məmnunluq səviyyəsinin artırılması məqsədilə əsas həyat hadisələri üzrə təqdim olunan dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının təminatını nəzərdə tutan müddəalar aşağıdakı nəticələrin əldə edilməsinə şərait yaradacaqdır:

1. vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması – dövlət xidmətlərinin göstərilməsi zamanı tələb edilən sənədlərin şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edilərək dövlət qurumlarına təqdim olunması imkanı şəxsin həmin sənədləri kağız daşıyıcıda əldə etmək üçün dövlət qurumuna əlavə müraciət etməsi zərurətini aradan qaldırır. Bu zaman sərf ediləcək vaxta və vəsaitə (nəqliyyat xərcləri, xidmət haqları) qənaət edilir.

2. sözügedən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edilərək dövlət xidmətlərinin göstərilməsi zamanı təqdim olunan məlumatlara kağız daşıyıcıdakı sənədlərlə bərabər hüquqi status verir. Başqa sözlə həmin məlumatlar inzibati icraatın həyata keçirilməsi zamanı inzibati orqanlar tərəfindən hüquqi sənəd statusuna malik olduğu üçün qəbul olunur.

3. kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətə keçirilməsinin təşkil olunması – dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərdə kağız daşıyıcıda tələb edilən sənədlərin sayını azaltmaqla həmin sənədlərin toplanılmasına və saxlanılmasına sərf edilən resurslara qənaət olunur. Bununla yanaşı, dövlət xidmətləri daha operativ göstərilir, kağız daşıyıcıda olan sənədlərin mötəbərliyinin yoxlanılmasına sərf edilən vaxta qənaət edilir. Belə ki, şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edərək təqdim edəcəyi məlumatların mötəbərliyi Elektron Hökumət İnformasiya Sistemi üzərindən real vaxt rejimində yoxlanıla bilir.

4. dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi – sənədlərin üzrə məlumatların rəqəmsallaşdırılması kağız daşıyıcıda olan sənədlərin surətli qaydada elektron mühitə keçidinə səbəb olmaqla dövlət qurumları arasında elektron məlumat mübadiləsinin dairəsini genişləndirəcəkdir. Bu halda xidmətlərin proaktiv təşkili (şəxsin müraciəti olmadan) imkanı artacaq.

5. elektron xidmətlərdən daha geniş istifadə olunması nəticəsində məmur-vətəndaş təması daha da azalacaqdır.

6. ölkə vətəndaşları və digər xidmət istifadəçilərinin dövlət xidmətlərindən istifadə rahatlığı təmin ediləcək və məmnunluq səviyyəsi artacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see402

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see266

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see261

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see226

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see219

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see207

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see188

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see181

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see179

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see179

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see177

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see174

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see173

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see173

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see172

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see171

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see166

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see162

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri