Sənədsiz ev sahiblərinin nəzərinə KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Azərbaycanda sənədsiz evlərin sonradan rəsmiləşdirilməsi və onlara çıxarış verilməsi uzun illərdir vətəndaşları narahat edən əsas problemlərdən biridir. Bəs sənədi olmayan evin rəsmiləşdirilməsi və ona çıxarış alınması hansı hallarda mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, sənədsiz evə çıxarışın alınması yalnız müəyyən hüquqi əsaslar mövcud olduqda mümkündür.
Ekspertin sözlərinə görə, belə hallarda əmlakın hüquqi statusunun müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır.
“Sənədsiz ev üçün sonradan çıxarış almaq yalnız məhkəmə qaydasında mümkündür. Bunun üçün ciddi hüquqi əsaslar olmalıdır. Əgər ev əvvəlcədən qanunsuz tikilibsə və tikinti zamanı qanunvericiliyin tələbləri pozulubsa, belə əmlakın rəsmiləşdirilməsi mümkün olmaya bilər”, – deyə Elnur Azadov bildirib.
Ekspert qeyd edib ki, bəzi hallarda problem evin tamamilə qanunsuz tikilməsi ilə deyil, sənədlərin natamam olması və ya rəsmiləşdirmə prosedurlarının vaxtında tamamlanmaması ilə bağlı olur. Belə vəziyyətlərdə məhkəmə təqdim olunan sübutları və əmlakın hüquqi statusunu araşdıraraq müvafiq qərar qəbul edir.
“Əgər söhbət yalnız müəyyən sənəd çatışmazlıqlarından gedirsə, məhkəmə həmin əmlak üzərində mülkiyyət hüququnu tanıya bilər. Lakin hər bir iş fərdi qaydada qiymətləndirilir və evin sadəcə faktiki mövcudluğu çıxarış almaq üçün kifayət etmir”, – deyə ekspert vurğulayıb.
Aynurə İsmayıl,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















