Icma.az
close
up
RU
Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: Yeni qanunla nə dəyişəcək?

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: Yeni qanunla nə dəyişəcək?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sənədsiz evlər probleminin həlli ilə bağlı yeni təkliflər var. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun sözlərinə görə, pandemiya səbəbindən qeyri-qanuni tikililərin inventarlaşdırılması prosesi tam başa çatdırıla bilməyib: "İşçi qrupları qeyri-qanuni tikililərin qanuni çərçivəyə gətirilməsi ilə bağlı işlərini davam etdirir, lakin bu proses tikililərin dəqiq sayını müəyyənləşdirmək məqsədi daşımır. İnventarlaşdırma zamanı toplanmış ilkin məlumatlara əsasən, ölkə üzrə 400 minə yaxın qeyri-qanuni tikilinin olduğu qeyd edilir və hazırda bu rəqəm dəqiqləşdirilir".

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Müvafiq qanun layihəsi hazırlanır

R.Şahbazov əlavə edib ki, mühafizə zonalarına düşən tikililərlə bağlı vəziyyət daha fərqli yanaşma tələb edir: "Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir".

Yanvarın 1-dən "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun da qüvvəyə minib. Bu qanunla kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək. Eyni zamanda, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər elektron qaydada "vahid pəncərə" prinsipi əsasında həyata keçiriləcək.

Bəs görəsən, yeni qaydalardan kimlər yararlana biləcək? 400 minə yaxın evin sənədləşdirilməsi prosesini hansı müddətə qədər başa çatdırmaq mümkün olacaq?

Proses asan olmayacaq

"Rieltorlar Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov bildirib ki, qanunsuz tikililərin sənədləşdirilməsi prosesi asan olmayacaq. Çünki bu, kökü dərin olan bir problemdir: "Hazırda belə tikililərin sayı yarım milyondan çoxdur. Vətəndaşların əllərində ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. Güman edirəm ki, ilkin sənədləri olan əmlaklar üzərində mülkiyyət hüququnun tanınması çətin olmayacaq. Yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq və ilkin sənədi olanların mülkiyyət hüququ tanınacaq".

Ekspertin fikrincə, heç bir sənədi olmayan tikililərin sənədləşdirilməsi məsələsi sual altındadır: "Bu evlərin leqallaşdırılması qəliz məsələdir, zaman aparacaq. Yaxın beş ildə prosesin həlli mümkün görünmür. Çünki həmin tikililər arasında gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət qırmızı zonada tikilən evlərdən gedir. Yeni qaydalardan həmin əmlak sahibləri yararlana bilməyəcəklər".

Qarabağda şəhərsalma prosesi sürətlənəcək

Ekspert vurğulayıb ki, bu qaydalar işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin daha da sürətlənməsinə imkan yaradacaq: "Bir neçə müddətdir ki, böyük şəhərlərin baş planları hazırlanır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin də baş planları hazırlanır və təsdiq olunur. Bu ərazilərdəki torpaqların çoxu kənd təsərrüfatı təyinatlıdır. Onların dövlət tərəfindən tikinti və şəhərsalma qanunvericiliyinə uyğun olaraq təyinatlarının dəyişdirilməsi məsələsi baş tutmalıdır ki, həmin ərazilərin yaşayış məntəqələrinə çevrilməsinə qanun icazə versin. Yəni, 2025-ci ildən bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsində birinci məqsəd budur. Bunun fonunda ölkənin digər ərazilərində yaşayış məntəqələrinə çevrilmiş kənd təsərrüfatı təyinatlı torpaqların avtomatik olaraq təyinatının dəyişdirilməsi üçün müvafiq qurumlar tərəfindən normativ-hüquqi sənədlərin hazırlanması prosesi gedəcək. Bu, həmçinin sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində atılacaq növbəti addım olacaq".

Fərdi müraciət xaotik vəziyyət yarada bilər

Ekspert hesab edir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müraciət fərdi qaydada qəbul edilərsə, effekti olmayacaq: "Bununla bağlı xüsusi portalın yaradılması nəzərdə tutulur. Məqsəd prosesi asanlaşdırmaq, vətəndaş məmnuniyyətini artırmaqdır. Amma müraciətlər fərdi qaydada qəbul ediləcəksə, effekt verməyəcək. Məsələn, Bakı şəhərinin ətrafında salınmış qəsəbə tipli Şuşa şəhərciyində təxminən 2 minə yaxın tikili var. Həmin qəsəbə kənd təsərrüfatı təyinatlı torpaqda salınıb. Vaxtilə bu torpaqlar bələdiyyənin balansında olubsa, sənədləşmə ilə bağlı müraciət də həmin qurum tərəfindən edilməlidir. İlkin olaraq bələdiyyələr tərəfindən bu torpaqların kadastr planları hazırlanmalıdır".

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə nəzarət artacaq

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, bu ilin yanvarından qüvvəyə minən yeni qaydalar daha çox kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadəsinin optimallaşdırılması məqsədi daşıyır: "Deyək ki, bir vətəndaşın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Amma məqsədli istifadə növü əkinçilikdir. Yeni qanunla mülkiyyətçi Dövlət Xidmətinə elektron qaydada müraciət edərək tutaq ki, bağçılığı əkinçiliyə, əkinçiliyi bağçılığa dəyişdirəcək. Mülkiyyətçinin beş hektar və daha artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varsa, həmin torpaq sahəsinin bir faizini keçməmək şərtilə yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək".

Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi yalnız yeni hazırlanan qanun layihəsindən sonra mümkün olacaq və müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək.

Real nəticələr yoxdur

Ekspert bildirib ki, torpaqların təyinatlarının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə çıxarışların verilməsi mümkün olacaq: "Bu günə kimi bu istiqamətdə müəyyən addımlar atılsa da, real nəticələr yoxdur. Ümid edirik ki, bu dəfə olacaq. Məsələnin yubanması vətəndaşlarla yanaşı, dövlət üçün də ziyandır. Dövlət bu sahədən əmlak və torpaq vergisindən gəlir götürə, sığorta şirkətləri bu tip əmlakları sığortalaya bilmir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Yanvar 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri