Icma.az
close
up
RU
Sənədsiz evlər rəsmiləşdirilə bilər AÇIQLAMA

Sənədsiz evlər rəsmiləşdirilə bilər AÇIQLAMA

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Təqdim olunmuş sənədlər hamısı müəyyən edilmiş tələblərə cavab verirsə, aidiyyəti dövlət qurumlarına bizim tərəfimizdən elektron qaydada rəy üçün göndərilir. Aidiyyəti dövlət orqanları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir”.

Gununsesi.info xəbər verir ki, bunu APA-ya və “Xəzər” TV-yə birgə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

“Onlar tərəfindən müsbət rəy olursa, növbəti mərhələdə biz artıq daha yuxarı instansiyaya təqdim edirik. Qərar təsdiq olunandan sonra artıq kateqoriya dəyişmiş hesab olunur”, – deyə o əlavə edib.

Xidmət rəisinin sözlərinə görə, daxil olan müraciətləri təhlil edərkən müəyyən olunub ki, onların əksəriyyəti, 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərində fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələri ilə bağlıdır.

“Az öncə də qeyd etdiyim kimi, həmin torpaqlar yaşayış təyinatlı deyillər. 90-cı illərdə iqtisadiyyatın keçid dövründə, eyni zamanda torpaqların işğalı nəticəsində böyük sayda insanların öz yaşayış yerlərini tərk etməsi və digər ərazilərdə məskunlaşması ehtiyacı olduğuna görə kənd təsərrüfatı təyinatlı yaxud digər kateqoriyalarda olan torpaqlarda elə yaşayış massivləri xeyli sayda yaranmışdı. O massivlərdə bir-iki ev yox, yüzlərlə, minlərlə fərdi yaşayış evləri var. O torpaqların bir-bir kateqoriyasının dəyişməsinin heç bir səmərəliliyi yoxdur. Çünki biz bir növ massivin tərkibində ayrıca elementləri dəyişmiş oluruq. Bu da məsələni həll etmir. Ona görə 201 nömrəli Fərmanda həmin yaşayış massivləri ilə bağlı hüquqi əsas formalaşmışdı ki, onlara massiv yanaşması ilə baxılsın. Bu o deməkdir ki, həmin yaşayış massivləri şəhərsalma sahəsində normativ sənədlərə, ərazi planlaşdırma sənədlərinə əsasən uyğun tikilibsə, orada mühəndis kommunikasiya xətləri mövcuddursa, yol-nəqliyyat infrastrukturu varsa və orada bundan sonra həmin yaşayış massivinin inkişafı üçün imkanlar mövcuddursa, müvafiq dövlət qurumlarının verdiyi müsbət rəylər əsasında, aparılan invertarlaşdırma və s. işləri nəticəsində dövlət orqanları tərəfindən müsbət qərar olsa, onların yaşayış massivi formasında birdəfəlik dəyişməsi aparılacaq və fərdi müraciətlərə ehtiyac yaranmayacaq. Yəni kütləvi dəyişdirmə baş verdiyi təqdirdə o massivdə mövcud olan bütün fərdi yaşayış evlərinin kateqoriyası dəyişəcək və onların mülkiyyət hüquqlarının əldə olunması xeyli asanlaşacaq. Bir sözlə, həmin o sənədsiz evlərin probleminin həlli yollarından biri kateqoriyanın dəyişməsidir”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Avqust 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri