Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Seneqal 2 ci dəfə qitə çempionu oldu

Seneqal 2 ci dəfə qitə çempionu oldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mərakeşdə keçirilən 35-ci Afrika Millətlər Kuboku (AMK) yanvarın 18-də başa çatdı.

"Football-plus.az" xəbər verir ki, bir gün əvvəl yarımfinalın məğlubları olan Misir və Nigeriya yığmaları 3-cü yer uğrunda matçda qarşılaşdılar. Bazar günü isə Seneqalla Mərakeş arasında keçirilən finalda qitə çempionu müəyyənləşdi.
final
Seneqal - Mərakeş 1:0 (0:0, 0:0, 1:0), əlavə vaxtda
Seneqal: E.Mendi, A.Mendi (İ.Sarr, 77), M.Sarr, Nyakate, M.Diuf (Yakobs, 107), L.Kamara (Sek, 77), İ.Qeye, P.Qeye, İ.Ndiay (Mbaye, 77), Cekson (Ş.Ndiay, 90), Mane.
Mərakeş: Bunu, Hakimi, Agerd, Masina (Əl-Yamik, 89), Mazraui (İqamane, 98), Əl-Hannus (Tarqallin, 80), Əl-Aynaui, Saybari (Salah-Eddin, 90+4), Dias (Ahomaş, 98), Ezzalzuli, Əl-Kaabi (Ən-Nəsiri, 80).
Qol: P.Qeye, 94.
Dias 90+24-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: L.Kamara, 24. İ.Sarr, 90+9. M.Diuf, 90+10. E.Mendi, 90+21. Salah-Eddin, 90+21. Ən-Nəsiri, 112. M.Sarr, 113 - sarı.
Hakim: Jan Jak Ndala Nqambo (Konqo DR).
18 yanvar. Rabat. 66526 tamaşaçı.
3-cü dəfə qitə çempionatının finalında oynayan Mərakeş yığması yalnız bir dəfə - 1976-cı ildə Afrikanın ən güclü komandası olmuşdu. Seneqal isə son 4 qitə çempionatında 3-cü, ümumilikdə 4-cü dəfə finala çıxmışdı. Bukmeker kontorları turnirin təşkilatçısı olan Mərakeşin milli komandasını finalın favoriti kimi qiymətləndirmişdilər. Amma Seneqal son illər qitə çempionatının uğurlu komandası sayılırdı. Bu da var ki, cəzalı vəziyyətə düşən Diarra ilə zədələnən kapitan Kulibali finalda iştirak edə bilməyəcəkdi.
“Prins Mulay Abdalla Stedium”da keçirilən final çox uzun çəkdi. Bunun əsas səbəbi mübarizənin əlavə vaxta qədər uzanması ilə bağlı oldusa, digər ciddi səbəb də vardı. Həlledici oyun ümumilikdə bərabər mübarizə şəraitində keçdi. Mərakeşlilər qapıya daha çox zərbə endirsələr də, seneqallılar daha çox təhlükəli vəziyyət yaratdı. Lakin əsas vaxtda hesab açılmadı. Halbuki Seneqal yığması son dəqiqələrdə künc zərbəsindən sonra qapıya yol tapdı. Lakin Sekin Hakimiyə qarşı kobud oynadığını əsas gətirən referi qolu mübahisəli qərarla hesaba almadı. VAR-ın qərarı qüvvədə saxlaması azmış kimi, bir qədər sonra seneqallıların qapısına şübhəli penalti təyin olundu. Diufla mübarizədə Diasın yerə yıxılması “Teranq şirləri”ni özündən çıxardı. Pap Tiavın komandası qərara etiraz əlaməti kimi meydanı tərk etdi.
Bir neçə dəqiqəlik müzakirələrdən sonra seneqallılar meydana qayıtdılar. Amma AMK-nın tarixinə ardıcıl 5 oyunda qol vuran ilk futbolçu kimi düşən Dias milyonlarla mərakeşlini məyus etdi. Qapıçı Eduard Mendi turnirin bombardiri olan 26 yaşlı yarımmüdafiəçinin Panenkasayağı zərbəsini dəf etməkdə elə bir çətinlik çəkmədi. Bu epizodun 90+24-cü dəqiqədə qeydə alındığını da vurğulayaq.
Əlavə vaxt yenicə başlamışdı ki, Pap Qeye Hakimini arxada qoyaraq topu tirin altından tora qovuşdurdu. Necə deyərlər, seneqallılar hakimlərdən dəstək alan rəqibinin cavabını çox sərt verdilər.
Qalan vaxtda hücumlara çox enerji sərf edən Valid Reqraqinin komandasının cəhdləri nəticəsiz qaldı. Beləliklə, Mərakeş yığmasının bütün turnirlərdəki məğlubiyyətsiz oyunlar seriyası 23-də dayandı. “Atlas şirləri”nin qitə çempionluğu həsrəti 50 ilə çatdı! Seneqal isə tarixində 2-ci dəfə AMK-nın qalibi oldu.
3-cü yer uğrunda oyun
Misir - Nigeriya 0:0, p. – 2:4

Misir: Şobeir, Hani, Rabya, H.Fəthi, Sobhi, Zizo (Marmuş, 60), Laşin, Aşur, Salah, Trezeqe (Saber, 61), Məhəmməd (Adel, 73).
Nigeriya: Nvabili, Onyemaeçi, Oqbu, Acayi (Avaziem, 90+3), Osayi-Samuel (İvobi, 65), Onyedika, Simon, Dele Başiru, Çukvueze (Ecuke, 90+1), Onuaçu (Lukman, 46), Adams.
Yarımfinalların uğursuzları arasında keçirilən matçın ilk hissəsində tərəflərdən heç biri oyun planında üstün təsir bağışlamadı. Fasilə ərəfəsində Adams qapıya yol tapsa da, ona ötürmə verən Onuaçunun dirsəyi ilə Fəthiyə zərbə endirməsinə görə qol hesaba alınmadı. Qitə çempionatında qol və assist göstəriciləri, uyğun olaraq, 4-ə və 2-yə bərabər olan Osimhensiz oynayan nigeriyalılar 2-ci hissədə fəallaşdılar. Fasilədən sonra meydana çıxan Lukman qapıya yol tapdı, lakin onun da qolu qaydalar çərçivəsində vurmadığı müəyyənləşdi.
Adamsın oyun ərzində bir neçə epizodu dəyərləndirə bilmədiyini qeyd etməmək olmur. Erik Şellin çalışdırdığı komanda rəqibindən üstün olduğu matçın əsas və əlavə vaxtında qol vura biməməyin əvəzini penalti seriyasında çıxdı. Dele Başiru hədəfə düşə bilməsə də, Nvabili Misir yığmasının İngiltərədə çıxış edən iki aparıcı oyunçusunun - Salah ilə Marmuşun zərbələrini dəf etdi.
Bürünc medallar Nigeriya yığmasına qismət oldu. Hossam Hassanın çalışdırdığı Misir isə ardıcıl iki qitə çempionatında mükafatçıların sırasına düşə bilmədi. AMK-da keçirdiyi 6 oyunda 4 qolun və 1 məhsuldar ötürmənin müəllifi olan Salah 2011-ci ildən formasını daşıdığı milli komanda ilə yenə titula həsrət qaldı. Maraq üçün onun ötən müddətdə qitə çempionatında 5 dəfə iştirak etdiyini və 2 dəfə (2017, 2021) gümüş mükafatçı olduğunu da xatırladaq.
Bombardirlər: Dias (Mərakeş) - 5, Osimhen (Nigeriya), Salah (Misir) - 4.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri