Seneqal çempionluğunu Parisdə qeyd edəcək
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Seneqal yığma komandası Afrika Millətlər Kubokunda qazandığı titulunu martın 28-də Peruya qarşı keçiriləcək yoldaşlıq görüşündən əvvəl qeyd etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF) çempionluğu rəsmi olaraq Mərakeşə verməsinə baxmayaraq, Seneqal tərəfi bu qərarla razılaşmır.
Seneqal Futbol Federasiyası CAF-ın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini və konfederasiya daxilindəki "korrupsiya şübhələri" ilə bağlı beynəlxalq araşdırma tələb etdiyini açıqlayıb. Baş məşqçi Pape Tiaun rəhbərlik etdiyi komanda, qalmaqallı finaldan sonra ilk matçında kuboku 80 min azarkeş qarşısında nümayiş etdirməyə hazırlaşır.
Fransanın paytaxtı Parisdə keçiriləcək oyundan öncə dünya şöhrətli ulduzların çıxışı gözlənilir. Seneqal tərəfi rəsmi qərara baxmayaraq, özünü qalib hesab edərək milli komandanın uğurunu möhtəşəm şou ilə qeyd etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Mart 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















