Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Sənət mühitinin tənqidə bağlı qapıları Günel Musa yazır

Sənət mühitinin tənqidə bağlı qapıları Günel Musa yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Günel MUSA

Tənqid, şərh, müzakirə, qaranlıq qalan sualların cavab axtarışına çıxmaq, danışmaq və yaxud da sadəcə dinləmək... Bunlar hər zaman, bütün sahələrdə çox əhəmiyyətlidir. Bir ölkədə, cəmiyyətdə sənətin, sənətkarın tənqid oluna bilməsi isə öz aləmində xüsusi əhəmiyyətə sahibdir, eyni zamanda həmin cəmiyyətin demokratik və çağdaş yanaşmalara malik olduğundan xəbər verir. Gəlin mətləbi heç uzatmadan belə bir sual qoyaq ortaya: Azərbaycanda mədəni və ədəbi mühit tənqidə, müzakirəyə açıqdırmı? Ölkəmizdə sənətçilər, yazıçılar və onların ərsəyə gətirdiyi əsərlər sağlam şəkildə, tərəddüd edilmədən şərh oluna bilirmi?

Təəssüf ki, Azərbaycanda mədəni və ədəbi mühitin ən böyük problemlərindən biri də tənqidə qarşı dözümsüzlükdür. Tənqidçilərin, sənətşünasların yetişməməsi, bir musiqinin, tamaşanın, filmin, romanın və yaxud da sərginin fərqli yanaşmalarla gündəmə gəlməməsi bir sübutdur. Bir sənət əsəri müsbət və ya mənfi tərəfdən tənqid olunub müzakirə edilmədiyi zaman nə inkişaf edər, nə də səs-sorağı eşidilər. “Əvvəllər yaxşı sənətşünaslar, tənqidçilər var idi, artıq yoxdur” şikayətlərini son illər daha çox səsləndiririk. Bəli, yoxdur. Amma gəlin görək niyə yoxdur? Bunun bir səbəbi yaradıcı insanların tənqidə açıq olmamasıdırsa, digər bir səbəbi də müasir incəsənətin buna imkan verməməsidir. Ölkəmizdə yaradıcı insanlarla ictimaiyyət arasındakı məsafə hər gün keçdikcə bir az daha genişlənir. Titullu, reytinqli sənətçilərin sənətləri, yaradıcılıqları ümumiyyətlə nə tənqid, nə müzakirə oluna bilər. Yazıçıdırsa, yazdığı romanı hekayəni oxuyarsan. Aktyor, rejissordursa, tamaşasını, filmini izləyərsən. Müğənnidirsə, mahnısnı dinləyib sakitcə oturarsınız yerinizdə. Bəyənib-bəyənməməyiniz isə özünüzə qalar. “Çox gözəl”, “Möhtəşəm!” deməkdən başqa heç bir seçim şansınız olmaz. Tapdığınız qüsurlar, bildirmək ehtiyacı hiss etdiyiniz iradlar beyninizi gəmirsə də, dilə gətirməkdən ehtiyat edərsiniz.

Ən uğursuz əsərdə belə mütləq uğurlu nüanslar vardır, şübhəsiz. Problem ondadır ki, sənətçinin əsərinin, yaradıcılığının fərqli rakurslardan müzakirə olunmasına fürsət yaradılmır. Bu fürsətin qarşısını isə əksər hallarda sənətçilər özləri kəsirlər. Bir müddət sonra sənətçi artıq təkrarçılıq etdiyini, işinin qəlibləşdiyini hiss etmir. Belə bir mühitdə sənətşünasların yetişmək ehtimalı da olmur. 

Bir işi bəyəndiyimiz zaman bunu dilə gətirmək olduqca asandır. Amma bəyənmədiyimizi, həqiqətləri hər zaman dürüst şəkildə söyləyə bilmirik, təəssüf ki. Şəxsən mən xeyli vaxtdır bunu edə bilmirəm. Məsələn, bir neçə gün bundan əvvəl “M Teatr”ın səhnəsində Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi “Ovod” tamaşasına baxdım. Tamaşa haqqında əvvəlcə tərif yazıları oxumuşdum. Bu təriflər tamaşadan gözləntilərimi yüksəltmiş və məni həvəsləndirmişdi. Amma tamaşa bunu doğrultmadı. Əvvəl düşünürdüm ki, tamaşa haqqında detallı tənqid yazım. Amma Vidadi Həsənovla bundan xeyli əvvəl yaşadığım acı bir təcrübəni xatırladım. Bilirəm, maraqlı gələcək, ona görə qısa şəkildə həmin xatirəni də yazım, qalsın burda. Bir neçə il bundan əvvəl mədəniyyət yazarı olaraq “M Teatr” da “Yad qadının məktubları” tamaşasının məşq prosesində iştirak edirdim. Xeyli izlədim. Oksana Rəsulovanın rola girə bilməməsi, nitqindəki rabitəsizlik, süni ifası məni vadar etdi ki, fikrimi bildirim. Elə ağzımı açıb bir kəlmə demişdim ki, Vidadi Həsənov məni peşman etdi. Sənətkar etik olmayan bir məsəl də çəkib dedi: “Mamaça çox olanda uşaq tərs gəlir”. Sakitcə durub məkanı tərk etdim. Eyni vəziyyəti yaşamayacağımdan sığortalanmadığım üçün bu dəfə həm Vidadi Həsənovun, həm də tamaşada rol alan aktyorların reaksiyalarından çəkindim və qərara gəldim ki, heç “Ovod”a toxunmayım. Amma bu, belə olmalı deyil. Sənət adamları tənqidə, irada daha çox neqativ perspektivdən baxdığı üçün bu qarğaşaya düşməmək üçün səssizliyi seçirik bəzən. Sükutu pozan bir neçə mədəniyyət yazarı, izləyicilər də var ki, onlar sənət adamları tərəfindən “qərəzli” kimi qələmə verilir. Halbuki tənqid, şərh, hansısa əsəri bəyənməmək olduqca normal haldır. Bunun “sən nə bilirsən?” kimi kinayəli qarşılığı olmamalıdır.

Bu yaxınlarda ədəbi mühitdə bir müzakirəyə istəmədən şahidlik etdim. Gənc bir yazarın oxucu tənqidinə, fikirinə qeyri-etik münasibəti diqqətimi çəkdi. Təxminən belə bir cümlə yazmışdı: “Ə, sən kimsən axı?” Düzdür, tənqid etmək üçün bəlli bir bazaya, biliyə sahib olmaq vacib şərtlərdən biridir. Amma hər əsərin ruhu hamıya da uyğun olmaya, bir əsərin yüz cür yozumu ola bilər. 

Bu qeyd etdiklərim ölkəmizdə tənqidin nə qədər çətin bir sahə olduğunu göstərən örnəklərdir. Bu günə qədər bir çox tamaşada, konsertdə, film təqdimatlarında, kitab və rəsm sərgilərində olmuşam. Yüzə yaxın sənət ədəbiyyat adamı ilə müsahibələr etmişəm. Tənqidi suallara reaksiyalar, iradlara sərt münasibət, sırf bəyənmədiyimi bildirdiyim üçün ikinci dəfə dəvət almadığım hallarla çox rastlaşmışam. Bəzi sənətçilər var ki, dəxli oldu-olmadı, hər şey haqqında fikir bildirməkdə, hətta xalqı incidən davranışlara yol verməkdə sərbəstdir. Amma onları tənqid etmək günah, qərəz kimi qəbul edilir. 

Mənə görə, sənətin cəmiyyətdəki yerini gücləndirməkdə və tənqidi fikrin formalaşdırılmasında yaradıcı insanlar, sənətkarlar daha çox çaba sərf etməlidir. İnanıram ki, bu baş verərsə sənətin ictimailəşməsi, ərsəyə gətirilən işlərin populyarlaşması daha sürətli baş verəcək. Sənət adamları tənqidlərə dözümlü olmalı və bu tənqidləri inkişaf etmək üçün bir fürsət olaraq görməlidir. Aydın məsələdir ki, sənət adamları həssas ruhlu olur və tərif eşitmək onları gördükləri işdən daha çox zövq almağa sövq edir. Amma qüsurların səsləndirilməməsi, yaxud da səsləndirilməsinə imkan verilməməsi, fikirlərə hörmətsiz yanaşmalar sənətin inkişafını ləngitməklə yanaşı, həm də tamaşaçı, oxucu, dinləyici itkisinə gətirib çıxarır.

Sənətin, sənətkarın azad şəkildə müzakirəsi və tənqidi daha dinamik və zəngin bir sənət mühiti yaradır. Tez-tez məruz qaldığımız bir müdafiə metodu da var: “Əsərimi bəyənmək məcburiyyətində deyilsiniz”. Bu fikri bildirən sənət adamı əslində, dolayı yolla, bəyənilmək istədiyini bildirir.

Sənət rabitə şəklidir və təbii olaraq hər bir yaradıcı insan əsəri ilə hissini, düşüncəsini, təcrübəsini bölüşmək arzusundadır. Bu paylaşmanın qarşılığı olaraq tamaşaçının, oxucunun reaksiyası yaradıcı insanın uğurunu ölçmək üçün vacib kriteriyadır. “Bəyənmək məcburiyyətində deyilsiniz” ifadəsi ilk baxışdan sənətçinin özünə inam və tamaşaçıya hörmət kimi görünmüş ola bilər. Ancaq bu ifadə eyni zamanda sənətçinin tənqidə qapalı olduğuna və tamaşaçı ilə ünsiyyət yaratmaq istəmədiyinə də işarədir. Tənqidə qapalı sənətçi isə öz qüsurlarını görməkdə çətinlik çəkər və bu da onun inkişafına mane olar. Sənət onu izləyən auditoriya ilə tamamlanır. Bir əsərin dəyəri tamaşaçının, oxucunun şərhi və fikri ilə məna qazanır. Əgər bir yazıçı romanı, hekayəni yalnız özü üçün yazırsa, rejissor filmi özü üçün çəkirsə, onu evində nümayiş etdirə bilər. Amma bazara çıxmısansa, tərəziyə gəlmək məcburyyətindəsən. Əsərlərinlə xalqa açılmısansa, reaksiyalara da hazırlıqlı olmalısan. Əks halda “Bəyənmək məcburiyyətində

deyilsiniz” ifadəsi təkəbbürdən başqa bir şey deyil.
Sənətçilərin tənqidə qarşı dözümsüz olmaları həm də onların psixoloji-emosional baxımdan çox həssas olmalarından irəli gəlir. Bir çox sənətçi üçün uğur hər şeyin mükəmməl olması ilə əlaqələndirilir. Bu isə onları daima özlərini, şəxsiyyətlərini əks etdirən əsərlər yaratmağa məcbur edir və hər hansı bir mənfi şərh onların özlərini uğursuzluğa yuvarlanmış hiss etmələrinə səbəb olur. Bəzi yaradıcı insanlar isə yalnız müsbət rəylər, tərif eşitmək istəyirlər. Mütəmadi olaraq hər kəs tərəfindən müxtəlif səbəblərdən tərifə məruz qalan sənət adamları qarşılaşdıqları ilk tutarlı tənqiddə “qılınc və qalxan” qaldırmaq gərəyi hiss edirlər. Tənqidə dözümsüz sənətçilərin əksinə, tənqidə açıq və bu tənqidləri inkişaf üçün bir vasitə kimi qəbul edən sənətçilər də var. Belə sənətçilər özlərini və işlərini təkmilləşdirmək üçün tənqidi konstruktiv bir element kimi qəbul edirlər. Onlar hər tənqidin yalnız özlərini daha yaxşı bir sənətçi kimi inkişaf etdirmək üçün bir fürsət olduğunu anlayırlar. Məncə, bunları alqışa, digərlərini isə, hər nə qədər xoşlamasalar belə, yenə də qınağa tutmalıyıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri