“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və bp Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə avtomobil mühərriklərinin yığıcısı peşə ixtisası üzrə nəzəri imtahan keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, nəzəri imtahanda uğur qazanan namizədlərə avtomobil mühərriklərinin yığıcısı peşə ixtisası üzrə müvafiq sənəd təqdim ediləcək.
Bu istiqamətdə fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
TKTA tərəfindən təqdim edilən sənəd Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 29 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















