Icma.az
close
up
RU
“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Salman Qəmbərov olub

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Salman Qəmbərov olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri Salman Qəmbərov ilə görüş keçirilib.

MEMİM-dən AZƏRTAC-a bildirilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilən tədbirdə çıxış edən MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov layihənin gənc istedadların inkişafındakı önəmindən söz açıb, ustad dərsi formatında keçirilən layihənin uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması məqsədilə ötən ilin iyun ayından başlayaraq icra olunduğunu vurğulayıb.

Bəstəkar, caz pianoçu Salman Qəmbərov caz ifaçılığı sənətinin tədrisi, konsert yaradıcılığı, caz ifaçılarımızın beynəlxalq arenada uğurları, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət edib.

Riad Cəbrayılovun moderatoluğu ilə interaktiv formatda keçirilmiş tədbir zamanı Salman Qəmbərovun, Vaqif Mustafazadə adına 2 nömrəli və Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəblərinin şagirdlərinin ifasında müxtəlif caz kompozisiyaları səslənib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

“Sənətkarın dostu” layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə ötən ilin iyun ayından Bakı ilə yanaşı Gəncə, Ağdaş, Şamaxı, Qax və digər regionlarda həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see141

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see133

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see131

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see131

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see124

46 illik ömür...

20 İyun 2025 08:17see124

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see119

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see119

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see118

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see117

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see117

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see116

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see116

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see115

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see115

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see114

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see113

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri