Icma.az
close
up
RU
“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Əlixan Səmədov olub AZƏRTAC

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Əlixan Səmədov olub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 dekabr, AZƏRTAC

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş görüşün qonağı balaban ifaçısı, Xalq artisti Əlixan Səmədov olub.

Tədbirdə AZAL şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktor vəzifəsini icra edən Vüqar Hümbətov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və musiqi məktəbinin direktoru Vəfa Həziyeva layihənin əhəmiyyətindən danışıblar.

Əlixan Səmədov 60 illik yubileyi ərəfəsində baş tutmuş görüşdə həyat və yaradıcılığı, balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyəti, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması və xaricdə yaşayan Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti istiqamətində söhbət aparıb. Ustad balaban haqqında yazdığı kitabından bəhs edərək milli musiqimizin müəllif hüquqlarının qorunması zərurətindən, həmçinin müasir təbliğat və təşviqat vasitələrindən danışıb.

Sənətkar və musiqi məktəbinin IX sinif şagirdləri musiqi əsərləri ifa ediblər.

Ustad dərsi formatında keçirilmiş tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Sənətkarın dostu” layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see424

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see205

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see196

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see158

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see155

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see154

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see146

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see142

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see129

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri