Icma.az
close
up
RU
Səni səndən qorumağa məcbur olan polis Bəzi sürücülər ölümü qəsdən seçir

Səni səndən qorumağa məcbur olan polis Bəzi sürücülər ölümü qəsdən seçir

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bəzən insanlar belə düşünür ki, həyat mənimdir, can mənimdir özüm bilərəm. Yox, belə deyil. Belə yanaşmaq olmaz. Bu yanaşma kökündən səhvdir.

Son vaxtlar mənə bir neçə sürücü müraciət edib və çox təəssüf doğuran halları haqlı tələb kimi diktə etməyə çalışırlar. Bir sürücünü yol polisi saxlayıb və maşın cərimə meydançasına aparılıb. Məlum olub ki, sürücü avtomobilin sükan mexanizminə müdaxilə edib. İdarə etdiyi avtomobilin sükanında hava yastıqları varmış. Sürücü isə sükan çəmbərini dəyişərək təhlükəsizlik yastığı olmayan sükana keçirib. İndi sürücü mənə deyir ki, yol polisi haqsızlıq edir, onun nəyinə lazımdır, mən hansı sükan mexanizmi ilə maşın sürürəm? Adam sübut etməyə cəhd edir ki, can mənimdir, təhülkəsizlik yastığı olmadığı üçün qəza zamanı ziyan mənə dəyəcək, o üzdən də yol polisi düz eləmir.
Başa salıram ki, əziz gənc sürücü! Birincisi, istehsalçı zavod avtomobili istehsal edərkən təhlükəsizlik elementlərinə diqqət ayırıb və sükana da yastıq qoyub ki, qəza zamanı başın sükana dəyib parçalanmasın. Çünki güclü zərbə ilə dəysə öləcəksən. Yəni, istehsalçı zavod səni düşünür, yol polisi səni düşünür, amma sən özün özünü düşünmürsən. Yol polisi tələb edir ki, normativ tələbləri pozma, yastıqlı sükanı qaytar qoy yerinə ki, qəza olanda ölmə, ağır yaralanma.
Sonda adamı başa sala bildim, səhvini başa düşdü. Amma yenə də dedi ki, can mənimdir, özüm bilərəm. Axırda dedim ki, yoldaş gənc sürücü, yol polisi səni səndən qoruyur. Çünki sən özün təhlükə mənbəyinə çevrilirsən.
Başqa bir sürücü də deyir ki, təhlükəsizlik kəmərini taxmıram, çünki can mənimdir, nə olacaqsa mənə olacaq, bundan polisə nə?
O gün qonşuluqda ayaqqabı təmiri ilə məşğul olan orta yaşlı sürücü deyir ki, mən araşdırma aparmışam, Konstitusiyamızda yazılıb ki, hər kəsin həyatı öz əlindədir, təhlükəsizliyi öz əlindədir. Deyirəm ki, ay qonşu, baş sındırıb Konstitusiyanı oxumusan, düz eləmisən, amma bizim Şah qanunumuz sizə demir ki, kəməri taxma, qəzada öl. Elə Şah qanunumuz - yəni Konstitusiyamız da deyir ki, hər kəs öz təhlükısizliyini təmin etməlidir. Çünki belə olmasa özünə və başqalarına zərər vuracaq.
Təsəvvür edirsinizmi, adam Konstitusiyanı oxuyur, özünə sərf edən bir cümlə tapır və deyir ki, kəmər taxmaq lazım deyilmiş. Bircə dəfə də yol hərəkəti qaydalarını dərindən öyrənsəydi daha faydalı olardı. Bəlkə də öyrənib, sadəcə sərf eləmir deyə danışmır, ya da əməl etmir.
Adam var ki, gedib həkimdən saxta yolla arayış alır və "ürəyim xəstədir" deyib təhlükəsizlik kəmərini taxmır. Polis saxlayanda da deyir ki, bax, arayış verən həkim də təsdiq edir ki, kəmər mənə ziyan edir, ürəyim sıxılır.
Mən belələrinə dəfələrlə demişəm ki, elə o arayış sizin sürücülük hüququnuzun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Çünki ürəyi xəstə olan adam sürücü ola bilməz. Yəni, bir gün düşəcəksiniz sərt bir polisin əlinə, o arayışı əlinizdən alıb verəcək yoxlamağa. Yoxlama zamanı təsdiq edilsə ki, ürəyiniz xəstədir, qanunla DYP sizi sürücülük hüququndan məhrum edəcək. Yox əgər sağlam çıxsanız, o zaman bilə-bilə polisə yalan məlumat verməyə və saxta sənəd düzəltdirməyə görə cinayət məsuliyyəti ortaya çıxacaq.
İnsanlar bəzən bu cür səhvlər edərək göz görə-görə ölümü seçirlər, ölümə gedirlər. Yol polisi deyəndə ki, kəməri tax, maşında texniki dəyişikliklər edib qəza riski yaratma, o saat başlayırlar ki, polis qanunsuzluq edir, polis vətəndaşı incidir. Axı belə deyil. Polis vətəndaşı elə onun özündən qoruyur. Axı ən böyük təhlükə sən özünsən. Axı ən böyük təhlükəni sən özün edirsən, qanunları sən pozursan. Səni səndən qoruyan polis nə etsin? Axı o da qanunla üzərinə düşən vəzifələri icra edir.
"Can mənimdir özüm bilərəm" deyib yaşamağa nə var ki. Sən öləndən sonra bilirsən nələr baş verir? Qəza zamanı yollara, ətraf mühitə nə qədər ziyan dəyir. Dövlət sənə ölüm pulu ödəyir, qəza sığortası da öz yerində. Himayəndə azyaşlı uşaq, baxıma ehtiyacı olan yaşlı valideyn varsa dövlət onlara da pul ödəməlidir. Bəlkə sən müəyyən yaşdan sonra normal vətəndaş kimi dövlət üçün çox vacib işlər görə bilərdin. Müharibə dövlət üçün, xalq üçün əsgər ola bilərdin, amma olmayacaqsan.
Və ən əsas məqamlar odur ki, sən ölürsənsə qəzalarda ölüm sayı artır, statistik rəqəmlər şişir. Beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr Azərbaycana riskli ölkə kimi baxır, ölkəmizin yol hərəkəti təhlükəsizliyi sahəsində inkişaf etmədiyini düşür. Əslində isə ölkəmiz inkişaf edir, sənin düşüncən inkişaf etmir.
Nəzərə almaq lazımdır ki, yol-nəqliyyat hadisələri hər il dünyaya milyardlarla manat ziyan vurur. Ümumi-Daxili Məhsulun (ÜDM) 6-9 faizini yol qəzaları aparır. Azərbaycanda bu qərəmin 3 faiz olduğu ehtimalı var.
Bu rəqəmləri BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı hər il açıqlayır. Dünyada hər il yol qəzalarında 1 milyo 200 min insan ölür, 17,8 milyon insan isə xəsarət alır. Yəni ölənlərdən 10 qat artığı yaralanır.
Onların arasında ömürlük əlil olan insanlar da çoxdur. Sən da onlardan biri olsan dövlət məcbur qalıb sənə əlil kimi yardım verməlidir. Üstəlik, evdə də kiməsə yük olursan. Çünki əlilsən, başqalarından asılısan. Onlar da vaxt itirib sənə baxmalıdır. İndi özün düşün; polis səni səndən qorumasa bu qədər ağırlıq baş verərmi? Qəza olarmı? Ölərsənmi, əlil qalarsanmı? Yük olarsanmı? Suallara öz vicdanın qarşısında cavab versən yanaşma dəyişəcək, dəyişmirsə, deməli, problem səndədir və gec-tez qəza rəqəmləri arasında yer alacaqsan...
Sonda onu da qeyd edim ki, dünyada 5-29 yaşlı insanların ölümünün əsas səbəbi yol-nəqliyyat hadisələri olmaqda davam edir.

Elməddin Muradlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see273

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see267

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see264

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see259

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see247

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see245

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see244

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see239

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see238

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see232

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see231

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see219

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see215

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see214

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see201

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see196

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see195

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see191

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see178

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri