İstəsəydim səni səndən alardım Günün şeiri
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Bu gün Xalq şairi Mirvarid Dilbazinin anım günüdür.
Kulis.az "Günün şeiri" layihəsində onun "İstəsəydim" şeirini təqdim edir.
İstəsəydim səni səndən alardım,
Gözəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə calardım,
Sən yanardın, mən baxardım tüstünə.
Ulduz olub öz zirvəmdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.
İstəsəydim vüsalına yetərdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.
Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnətdarlıq səsimdir .
Bu mövzuda digər xəbərlər:Səndən yaman küsmüşəm Günün şeiri
05 Dekabr 2024 13:50
Könlümə tək Kəbə yapdım səni mən Günün şeiri
14 Yanvar 2025 11:43
Nəyə lazım hamı bilə, sevirəm səni Günün şeiri
16 Yanvar 2025 17:00
Yaşamaq necə qorxuludur... Günün şeiri
16 Noyabr 2024 12:44
Elgün üçün susma! Günün şeiri
26 May 2025 11:48
Baxış sayı:186
Bu xəbər 12 İyul 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















