Icma.az
close
up
RU
Səni verənə şükür! FOTOREPORTAJ

Səni verənə şükür! FOTOREPORTAJ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 iyun, AZƏRTAC

Güllü beşiyində şirin-şirin yuxuya gedən süd qoxulu körpə, bəlkə də, Yer üzünün ən məsum və günahsız bəndəsidir. Onun bir qığıltısına, şirin təbəssümünə dünyanın bütün naz-nemətini qurban verməyə dəyər. Əbəs yerə “evim-eşiyim, yorğan-döşəyim, güllü beşiyim mənim” demirik ki?

Onun bircə təbəssümü ən zülmət otağa, daxmaya da işıq, hərarət və sevinc gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, səadət və xoşbəxtlik mənbəyidir. Uşaq dünyanın ən böyük gözəlliyi, paklığı və təmizliyidir.

Valideyn üçün dünyada övlad sevgisindən böyük nə var? Onların sevinci və uğuru valideynləri xoşbəxt edən və ürəkləri titrədən duyğudur. Uşağa bəslənən sevgi, göstərilən qayğı onun xoş sabahına qoyulan kapital kimidir. Müşahidələr göstərir ki, sevgi ilə böyüyən uşaq həmişə başqalarından bir addım qabaqda olur.

Əməkdar mədəniyyət işçisi, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoobyektivinin bügünkü qəhrəmanı ömrümüzə səadət, həyatımıza xoşbəxtlik, evimizə işıq gətirən uşaqlardır. Təcrübəli foto ustası onu elə beləcə də adlandırıb: “Səni verənə şükür!” Onun qəhrəmanları məşhur mahnını da yada saldı: “Ay Allah, bundan beş dənə ver, göydə uçan quşlara ver, həsrətini çəkmişlərə ver, qocalıb qarımışlara ver!”. Belə duaya, belə alqışa kim qoşulmaz?

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür – sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Nazim Hikmət demiş, gəlin dünyanı uşaqlara verək – heç olmasa, bir günlüyə, bir neçə saatlığa...

Əgər dünyanı verə bilmiriksə, onda ürəyimizi verməyə nə söz?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri