Icma.az
close
up
RU
Şükür atmosferində həyat

Şükür atmosferində həyat

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Kimi məktəbdən gəlir, kimi işdən, kimi də səfərdən… Axşam ailənin bir yerə yığılması sevinmək üçün kifayət deyilmi? Əgər hər kəs bir yerə toplanırsa, böyüklü-kiçikli bir süfrə başına keçirsə, Allahın verdiyi halaldan yeyərək, bir-birinə qayğı göstərirsə, xoşbəxt olmaq üçün daha nə çatmır ki?
Sizə bir həqiqəti deyim, siz də yaxşı-yaxşı düşünün: Heç diqqət etmisinizmi, insan oğlunun ən böyük arzusu hamı kimi olmaqdır, hamı kimi olanlar isə əksər hallarda nə qədər böyük nemətə, sərvətə sahib olduqlarının fərqinə belə vara bilmirlər.
Bir işıqlı baxışın nə böyük nemət olduğunu gözündə işıq olmayanlaradan soruş; əl-qolunu yelləyə-yelləyə küçələri dolaşmağın nə böyük səadət olduğunu yataq xəstələri bilər; axşamlar ailəliklə bir süfrə başında cəmlənməyin nə böyük sərvət olduğunu kimsəsizlərdən və ya atılmışlardan öyrən... Yəni əksər hallarda insan oğlu unudandır və bir şeyin dəyərini ancaq onu itirdikdən sonra bilir. Uca ruhlu insanlar isə həm sahib olduqları əmanətin qədrini bilirlər, həm də hər şeydən bir fərəh vasitəsi, bir sevinc qapısı tapırlar.
***
Ailədə şükür düşüncəsinin olub-olmaması onun həyatının ən mühüm stimuludur. Niyə də olmasın axı? Axşam öz yaxınlarının, doğmalarının yanına gedirsən, öz sevənlərinin, sevdiklərinin arasında olursan. Onlar sənin təmənnasız sevdiklərin, sevənlərindir. Bir-birinizin qayğısına qalırsınız, bir-birinizə dəstək olursunuz. Birinin bir yeri ağrıdımı, ailəliklə səfərbər olursunuz. Birinə bir şey oldumu, üstündə titrəyirsiniz. Çünki insan oğlu sevdiyinin, sevəninin ağrımasına, inciməsinə razı olmaz.
Şükür düşüncəsi tərbiyə məsələsində vazkeçilməz ünsürdür, daha doğrusu hər şeyin üzərinə sərildiyi müstəvidir. Bu qədər sevdiklərin, bu qədər sevənlərin, bu cür evin, bu cür ailən var, Haqq yolundan kənarda deyilsən, vicdanının səsinə qulaq asa bilirsən, qonşuların səni görəndə salam verirlər, yoldaşların səni görməyəndə arayıb-axtarırlar, hər ay evinə gələn maaş dolanışığınıza yetir, hər ay qazandığın maaşdan imkansız qohumlarına əl tutursan. Bir az gecikən kimi evdə hər kəs narahat olur, bir az kefin pozulan olan kimi, evdə hər kəs həyəcan təbili çalır. Əmin olun ki, təkcə bu saydıqlarımız xoşbəxtlik üçün kifayətdir...
***
Şükür duyğusu xoşbəxtliyin meyvəsidir. Xoşbəxtlik isə xoşbəxtliyin nə olduğunu anlamaqdan başlayır. Əmin olun ki, aramızda çoxlarının xoşbəxt olmaq üçün lazım olan hər şeyi var. Sadəcə olaraq, xoşbəxtliyin nə olduğunu bilmirlər, ya da sadəcə olaraq, xoşbəxt olduqlarını anlamırlar. Təkəbbürlü insanın gözü həmişə yuxarılarda olur, həmişə var-dövlət yığmağa, məqam-mənsəb tutmağa çalışır. Birini ələ keçirən kimi, o birinə can atır, birini əldə edən kimi, o biri üçün çırpınır. Dünyanı da versən, məmnun görünmür, aləmi də versən, rahatlığını itirir.
Təvazökar insan isə həmişə üzərinə düşən işi görür, həmişə boynuna düşən vəzifəni yerinə yetirir. Ancaq qazancı az da olsa, şikayətlənmir. Ya da qazancı az da olsa, kifayətlənir. Çünki beləsi özünü yuxarılarla yox, aşağılarla müqayisə edir. Və ən əsası isə beləsi hər halına şükür edir...
***
Şükür duyğusundan məhrum yaşamaq çox ağırdır. Şükürsüzlük həyatı əzaba çevirir. Təsəvvür edirsinizmi, yanınızda biri ən adi şeylər üçün sevinir, sizin isə heç qaşlarınızın düyünü də açılmır. Sizdəki imkan onda olsa, bəlkə də yarısını sədəqə verər, sizin isə elə bil hər gün dəryada gəmiləriniz batır.
Şükrün nə olduğunu bilən insan dünyaya sahib olsa da, könlündə dünyaya zərrə qədər də yer vermir. Şükürsüz insanın qəlbini isə dünya sevgisi işğal edir. Qəlbi dünya ilə işğal olanların isə üzü gülmür. Qəlbi Allah sevgisi ilə fəth edilənlər isə ləpəsiz ümman kimi olur. Tufan da qopsa, fırtına da başlasa, onun könlündəki rahatlığı, əmin-amanlığı poza bilmir. Birisinin ən adi hadisə qarşısında belə özünü itirməsi, çığır-bağır salıb miskinləşməsi həm də onun şükür duyğusundan uzaq olması ilə bağlıdır.
***
Şükür duyğusu bizə əmanət olaraq verilmiş bütün nemətlərin həqiqi sahibinin Allah (c.c.) olduğunu qəbul etmək və bütün davranışlarını bu müstəvidə qurmaqdır. Elə başa düşülməsin ki, şükürlü olmaq ətalətli olmaq və ya təşəbbüssüz olmaq deməkdir. Şükür duyğusunun təməlində təvəkkül anlayışı dayanır. Yəni, bir şey əldə etmək istəyirsənsə, bunun üçün lazım olan bütün şərtləri yerinə yetirib, nəticəni Allahdan istəməlisən və verdiyi hər şeyə də razı olmalısan. Düşünməlisən ki, sənin üçün xeyirli olan Allahın (c.c.) sənin üçün rəva gördüyüdür.
Unutmayaq ki, varlı varlılığı ilə, kasıb isə kasıblığı ilə imtahandadır. Hər sərvət xeyirli deyil. Ona görə də, İslam anlayışında Allahdan bir şey istəyəndə xeyirli olanı istəmək ön planda tutulur. Çünki insan onun üçün nəyin xeyirli, nəyin zərərli olduğunu bilmir, bunu bilən ancaq Allahdır. Cahil insan bəzən Allahdan israrla bəla istəyir, ancaq sadəcə olaraq bunun fərqində olmur.
***
Əslində, şükür duyğusu xoşbəxtliyin başqa adıdır. Çünki xoşbəxtliyin dadı şükür duyğusundadır. Yəni, siz ailəni sükür atmosferinə daşımaqla əslində, övladlarınıza xoşbəxtlik təlimi vermiş olursunuz. Məsələn, yeməkdən sonra şükrünüzü açıq dillə, hər kəsin eşidəcəyi bir səslə ifadə etsəniz və: “Allahım, verdiyin bu nemətlər üçün, hər şey üçün Sənə Sənin layiq olduğun qədər şükür olsun! Sən bizim Rəbbimizsən, Sahibimizsən, bizi Haqq yolundan azmağa qoyma! Lütfünü, inayətini üstümüzdən əskik etmə! Əlhamdulillah!” desəniz, daha gözəl olmazmı? Uşaqlarınız sizin dilinizdən eşitdikləri duanın təsiri ilə düşünsələr, düşündükcə də şükür iqliminə dalsalar, bunun nəyi pisdir ki?..
***
İnsan var ki, hər şeyi var, ancaq nə vaxt dindirsən, qan ağlayır. Bir adamın ki, dili şükür tutmadı, ürəyi şükrə açılmadı, milyonu olsa, nəyə dəyər? Şükürsüzlük mənəvi xəstəlikdir, həm də çox ağır xəstəlik. Şükürsüzlük Allaha etirazın bir variantıdır. Şükür nə qədər zənginlikdirsə, şükürsüzlük də o qədər məhrumiyyətdir. Şükür maddi-mənəvi hər cür nemətin, sərvətin giriş qapısıdır. Allah (c.c.) şükür edənlərin qismətini artırır.
Şükürlü olun, şükürlə yaşayın. Şükür elə bir mənəvi atmosferdir ki, nəinki başını, barmağını belə o iqlimdən çıxarsan, zərər görərsən.
Şükürlü insan hər şeydən (hətta, aldığı nəfəsdən də) bir qapı açıb Rəbbinə yönəlir, şükürsüzlər isə şükrə layiq hər cür nemət içində boğulsalar da, yenə gileylidirlər.
Allah bizi şükrünü artıran qullarından etsin!
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Avqust 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri