Icma.az
close
up
RU
Sənin balalarını öldürüb, evini yandıraram Qardaşını öldürən Amin Nurinin MƏHKƏMƏSİ

Sənin balalarını öldürüb, evini yandıraram Qardaşını öldürən Amin Nurinin MƏHKƏMƏSİ

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Ölkə.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Amin Nurinin ifadəsi ilə davam edib.

A.Nuri qardaşının pis vərdişlərin aludəçisi olduğunu, bundan nəinki ailənin, bütün məhəllənin və qonşuların əziyyət çəkdiyini bildirib:

"Aslan narkotik istifadəçisi idi. Qapımızı hər gün cürbəcür insanlar gəlib döyürdü, mal verib-alırdılar, oğurluğa da qurşanmışdı. Qonşular dəfələrlə Aslandan üstümə şikayətə gəlirdilər. Artıq təngə gəlmişdim. Hadisədən  bir gün qabaq  Aslanın otağına getdim. Onu dilə tutmağa çalışdım ki, mən ailəmin belə bir şəraitdə yaşamağını istəmirəm. Dedim gəl sənə kömək edim ayıraq qapıları. Yemək yeyirdi, birdən qəfil durub cumdu üstümə ki, sənin xirtdəyini kəsərəm, balalarını öldürüb evini yandıraram. Başımı salıb çıxdım onun otağından. Hər gün yatmamışdan qabaq uşaqlarımı mütləq  görüb yatıram. Getdim onların yanına, gördüm ki, yoldaşım uşaqların başının üstündən çəkilmir. Nə olduğunu soruşdum.Yoldaşım dedi ki, Aslan birdən pəncərədən girib uşaqları öldürər. Pis təsir elədi yoldaşımın belə deməyi. Mən ömrümdə bıçaq gəzdirməyən adam mətbəxə gedib bıçağı cibimdə gizlətdim, qayıtdım yoldaşımın yanına. Hadisə günü o yatmışdı, gedib ona dedim ki, Atam, sən allah, dur, gedib kərpic alaq. Qayıdıb anama çox ədəbsiz bir söyüş söydü. Mən artıq özümü idarə edə bilmədim, cibimdən çıxardığım bıçaqla onu vurdum. Amma mənim həqiqətən onu öldürmək kimi niyyətim olmayıb. O ki yoldaşı deyir, guya uşaq qucağında ola-ola onu vurmuşam - ağ yalandır. And olsun allaha, uşaq Aslanın qucağında olmayıb. Ola bilsin qan sıçrayar uşağın paltarına, amma mən uşağa xəsarət yetirməmişəm. Uşağı anasının qucağına verib, getdim polisə təslim olmağa dedim. Mən demirəm ki, açın məni buraxın, amma qərar verərkən ədalətli olmağınızı xahiş edirəm".

Daha sonra məhkəmə növbəti prosesi 14 yanvar saat 14:30-a təyin edib.

Xatırladaq  ki,hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Onu da qeyd edək ki, Aslan Nuri azyaslı körpəsinin gözü qarşısında qətlə yetirilib.

Hadisədən sonra Amin Nuri qucagında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü bildirərək könüllü polisə gedəcəyini deyib.

Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğü bildirilib.

Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.(lent.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Dekabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri