Şenol Güneşin yeni klubu
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fatih Tekke ilə yollarını ayıran "Trabzonspor" klubu təcrübəli mütəxəssis Şenol Güneşlə danışıqlara başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İddiaya görə, boyun yırtığından əməliyyat olunan və hazırda istirahət edən 74 yaşlı mütəxəssis bu təklifə müsbət cavab verib.
Klub rəhbərliyinin yaxın iki gün ərzində təcrübəli mütəxəssislə yekun görüş keçirərək müqavilə imzalayacağı vurğulanır.
Türkiyə millisinin keçmiş baş məşqçisi olan Şenol Güneş daha əvvəl beş fərqli dövrdə "Qaradəniz fırtınası"nı çalışdırıb.
Xəbərdə bildirilir ki, Fatih Tekke ilə yollarını ayırdıqdan sonra mütəxəssis axtarışlarına başlayan və komandanı müvəqqəti olaraq Hüseyin Çimşirə tapşıran "Trabzonspor", yaxınlaşan "Qalatasaray" derbisi öncəsi fəaliyyətini aktivləşdirib.
İddiaya görə, "Gənclərbirliyi"ni 5:0 hesabı ilə darmadağın etdikdən sonra dövrələrarası fasiləyə Çimşirlə yollanmağı düşünən rəhbərlik "Konyaspor"a məğlubiyyətdən (0:1) sonra fikrini dəyişib. İlk namizəd kimi Arda Turanı müəyyənləşdirən, həmçinin Stefano Pioli, Stiven Cerrard və Vitor Pereyra kimi mütəxəssisləri siyahısına daxil edən Türkiyə təmsilçisi, aparılan sıx danışıqlardan müsbət nəticə əldə edə bilməyib. Nəticədə rəhbərlik diqqətini camiənin əfsanəvi simalarından olan Şenol Güneşə yönəldib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Sentyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















