Icma.az
close
up
RU
Sensasion hazırlıq: Bakıdan heyrətamiz dip trafik Nələr edir?

Sensasion hazırlıq: Bakıdan heyrətamiz dip trafik Nələr edir?

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna ətrafında baş verən proseslər fonunda dünya ölkələrinin “yenidən sıralanması” və səflərini nəzərdən keçirməsi prosesi müşahidə edilir: tarixi keçid Trampın Ağ Evə qayıdışı ilə sürətlənib, çoxqütblü dünyanın qaçılmazlığı artıq kimsədə şübhə doğurmur.

Tramp bütün gizli prosesləri alt-üst edir, hər şeyi üzə çıxarıb, açıq şəkildə dünya gücləri ilə “Böyük masa”ya gedir. Açıq oyunda niyyətini də ifadə edir – məsələn, 28 fevralda Trampın Ağ Ev mübahisəsində Ukraynanı qurban verməyə çalışdığı rəyi güclənmişdisə, 11 mart Ciddə görüşündən sonra Rusiyaya ciddi təzyiqlərə hazır olduğu üzə çıxdı.

Rusiyaya atəşkəs təklifi hazırlanır, Tramp “bu gün-sabah böyük görüş” və “həftə ərzində Putinə zəng” mesajı verib; maraqlıdır ki, Kreml hələ Ciddədə Ukraynanın qəbul etdiyi 30 günlük atəşkəsə cavab verməyə tələsmir. Buna baxmayaraq, Kreml 11 martda Ukraynanın Rusiyaya ilin ən böyük hücumunu həyata keçirməsi və Moskvanı belə vurmasının cavabını da verməyə tələsmədi – halbuki Putinin anında əks-zərbə qərarı verəcəyi iddia edilirdi.

Ötən gecə Vladimir Putin Ukraynaya cavab və Ciddə danışıqlarını müzakirə etmək üçün Kremldə TŞ-ni təcili toplamışdı, hətta Rusiya mediası artıq cavab zərbəsi üçün qırıcı və bombardmançıların havaya qalxdığı haqda məlumat da yaydı. Amma yalnız Dneprə və Odessaya gözləniləndən daha zəif zərbə endirildi.

Putin TŞ ilə hansı qərarı verib?

Hələlik, həm Ukraynanın zərbələrinə, həm də Ciddə razılaşmasına Rusiya Kremlə yaxın politoloqların dili ilə “reaksiya” verir: Ukrayna hədələnir, atəşkəslə bağlı isə şərtlər irəli sürülür.

Rusiyanın atəşkəsdən birmənalı imtina edəcəyi təqdirdə Tramp komandasının birbaşa təzyiqini üzərinə çəkəcəyi ehtimalı böyükdür. Buna görə də Putinin ehtiyatlı siyasət həyata keçirəcəyi gözlənilir - Ukraynaya sarsıdıcı cavab verməməklə məhz bunu nümayiş etdirdi.

Paradoksal və ziqzaqlı görünür: Tramp 4 martda Ukraynaya hərbi yardımı tam dayandırır, cəmi bir həftə sonra bərpa edir; yaxud 11 martda axşama doğru Kanadaya bütün idxala bir həftə öncə tətbiq etdiyi tarifləri ikiqat – 50%-ə qaldırdığını elan edib, gecə yarısı bu qərardan vaz keçdiyini açıqlayır; Zelenskinin 28 fevralda Ağ Evi tərk etməsini tələb edib, 11 martda Ukrayna liderini yenidən Ağ Evə dəvət edəcəyinin mesajını verir və s.

Ancaq bu sürətli, dəyişkən, bir-birinə zidd qərarlar kimi görünən siyasətin ardıcıllığı var: Kanada ABŞ-a ixrac etdiyi enerjiyə 25% rüsum tətbiq etdiyi üçün Tramp tarifi ikiqat artırdı, gecə ilə Kanada qərarını ləğv etdi və ABŞ lideri də qərarından daşındı; Ukrayna Ciddədə ABŞ-ın şərtlərini qəbul etdiyi üçün qərar dəyişdi və s.

Trampın əslində öz prinsiplərindən geri durmadığı üzə çıxır, bu isə dünyada “yeni siyasət”in və yaxud “açıq bazarlığın” başladığı anlamına gəlir: Rusiya da bundan imtina etməyəcək.

Yeni dünyaya keçiddə regional oyunçuların mühüm faktora çevriləcəyi şübhəsizdir və bu istiqamətdə ciddi addımlar da atılır. Suriyada YPG-nin ölkənin müvəqqəti hökuməti ilə anlaşma imzalaması təsadüfi deyil. YPG hərbi və siyasi dəstəyini ABŞ-dan alırdı və əgər bu qüvvə nəzarətində olan əraziləri qaytarıb, öz strukturlarının yeni hökumətə inteqrasiyasına qərar verirsə, demək, Trampın burda da mövqeyi var – Türkiyə ilə razılaşmaların izi görünür.

Paralel siyasət İsrail üzərindən davam etdirilir və İbrahim anlaşmaları da indi daha çox aktuallaşıb: ABŞ İbrahim razılaşmaları çərçivəsində müsəlman ölkələri ilə Təl-Əvivin ortaq nöqtə tapmasında israr edir.

Azərbaycan nələr edir?

Trampın yeni baxışının Cənubi Qafqaza necə təsir edəcəyi də gündəmdədir: regional aktorlar dünya gücləri ilə danışıqlarda və maraqlarını uzlaşdırmaqdadırlar və bu məqamda Azərbaycanın diplomatik trafiki heyrətamizdir.

Yalnız son vaxtların dip-trafiki: Prezident Əliyev Türkiyəyə səfər edir, Ərdoğanla Naxçıvana qaz xəttini açılışında onlayn iştirak edir. Ərdoğanın Əliyevin səfəri ilə bağlı açıqlaması isə bu görüşün yalnız “kəmər açılışı” olmadığını ortaya qoyur. Ərdoğan bildirir ki, qardaşım Əliyevlə regional və dünya gündəmini, Ermənistanla sülhü və s. müzakirə etdik.

Pakistan Baş naziri Şahbaz Şərifin Bakıya səfəri və ciddi sazişlərin imzalanması da bu ərəfəyə təsadüf edir.

Eyni zamanda: Rusiya ilə dekabrın sonları və yanvar ayında gərginləşən münasibətlərdə əhəmiyyətli yumşalma müşahidə edilir – Çeçenistan rəhbəri Ramzan Kadırovun ilk gündə AZAL-a görə yardım təşəbbüsünü rədd edən Bakı bir neçə gün öncə qəzaya uğrayan təyyarənin sağ qalan heyət üzvlərini mükafatlandırmasına etiraz etmir, hətta hökumətə yaxın mənbələr mediaya informasiya ötürür ki, bu, “təyyarənin vurulmasında Çeçenistanın heç bir günahının olmadığının üzə çıxması” ilə bağlıdır; Rusiya kanallarında Heydər Əliyevə həsr olunan filmlər yayılır, Heydər Əliyevin Moskvada heykəlinin təməli qoyulur və Kreml bunu böyük sayğı ilə təqdim edir; Putin Sahibə Qafarovaya “Dostluq” ordeni verir və s.

Rusiya ilə münasibətlərin nizamlanmasında sürətli irəliləyiş paralel olaraq cənub qonşumuzla da müşayiət olunur: Hikmət Hacıyevin səfəri və Məsud Pezeşkianla görüşündən sonra İrandan informasiya müharibəsi kifayət qədər azalır, təbii ki, Azərbaycandan da qarşılıq verilir, iqtisadi münasibətlər ön plana çıxır.

Bu diplomatik trafikdə ən önəmlisi Prezidentin köməkçisi Hikmət Hacıyevin qısa müddət ərzində iki dəfə İsrailə səfəri və bunun ardınca Knessetdə müzakirədir. İsrailin Azərbaycanla ABŞ arasında strateji əlaqələr yaratmaq üçün fəaliyyətə keçdiyi, Azərbaycana tətbiq edilən ədalətsiz 907-ci düzəlişin ləğvi məsələsinə çalışdığı haqda geniş təhlil İsrail mediasında dərc olunandan az sonra Knesset bu istiqamətdəki səylərini təsdiqlədi. Amma əlbəttə ki, Azərbaycanın İsraillə son günlər artan diplomatik müzakirələrində mövzu yalnız bu deyil, həm də Yaxın Şərqdə bəzi nüanslardır – “ortada” Suriya faktoru da var.

Hikmət Hacıyevin bu gərgin səfərləri içərisində 10 martda Londonda görüşlərə - həm də mühüm personalarla – başladığı xəbəri də sürpriz olmamalıdır. Daha bir “mərkəzlə” məsləhətləşmə və müzakirələrin indiki məqamda aparılması qayət normaldır.

Bu dip-trafikdə Ceyhun Bayramovun Ərəbistan səfəri, Bakının Qahirənin planını dəstəklədiyini elan etməsi də daxildir. Daha maraqlı məqam: Bayramovun orada etdiyi çıxış ərəb mediasının diqqət mərkəzinə düşdü, böyük şövqlə qarşılandı və ən geniş yer də Azərbaycan XİN başçısına verilmişdi.

Bayramovun İƏT-dən qayıdan kimi Qazaxıstana yollanması və birbaşa Tokayevlə görüşü də bu dip-trafikin əsas komponentlərindəndir.

Azərbaycan faktiki olaraq regionda irihəcmli siyasət yürütməsi, region və dünya gücləri ilə əlaqələri ən üst səviyyəyə qaldırmaq istiqamətində heyrətamiz işləri ilə qürur verir. Bu proses həmçinin strateji müttəfiqlər və qardaş ölkələrlə birincilər səviyyəsində koordinasiya edilir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Mart 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see195

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see126

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see123

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see120

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see116

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see114

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see114

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see114

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see113

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see113

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see113

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see113

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see113

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see112

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see112

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see112

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see112

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri