Icma.az
close
up
RU
Vardanyanın Bakıdan ermənilərə müraciəti: Nələr deyir?

Vardanyanın Bakıdan ermənilərə müraciəti: Nələr deyir?

Icma.az, Axar.az saytına istinadən bildirir.

Bakıda hərbi cinayətlərdə ittiham edilən və məhkəmə prosesi keçirilən Ruben Vardanyanın ailəsinə göndərdiyi səs yazısı ictimailəşib.

Axar.az xəbər verir ki, Vardanyan bu səs yazısının yayılmasını özü istəyib və tam 11 dəqiqəlik bir müraciət edib.

Səs yazısında mühüm detallar

Hər şeydən öncə bu səs yazısı, geniş müraciət Bakıda mühakimə olunan Ruben Vardanyanın bütün hüquqlarından maksimum istifadə etdiyini ortaya qoyur. O, vaxtaşırı olaraq ailəsi ilə təmasdadır və onun bu böyük müraciəti təsdiqləyir ki, ailəsi ilə danışıqlarına və erməni cəmiyyətinə müraciətinə də hər hansı məhdudiyyət qoyulmayıb.

Digər tərəfdən, Ruben Vardanyan bu səs yazısı ilə erməni mediasında və erməni diasporunun təsiri ilə bəzi beynəlxalq media orqanlarında yayılan iddiaları alt-üst edir. Belə ki, bir müddət öncə Vardanyanın saxlanılandan öncəki və sonrakı şəkillərini yayan bəzi tərəfdarları onun səhhətində ciddi problem olması barədə yalançı hay-küy yaratmışdılar.

Ruben Vardanyan bu müraciətinin başlanğıcındaca deyir ki, dəstəyə görə hamınıza təşəkkür edirəm, bu dəstəyiniz mənə güc verir: “Mən yaxşı formadayam, tam sağlamam və səhhətimlə bağlı hər şey normaldır”.

Ailəsindən “onlara verdiyi əziyyətə görə” üzr istəyən Vardanyan qeyd edir ki, bu yolu özü seçib: “Mən nəyə getdiyimi (nə etdiyimi) bilirdim və daha ağır şərtlərə hazır idim və hazıram. Mən qurban deyiləm, mənə görə acımaq lazım deyil. Çünki bu mənim şüurlu seçimim olub”.

Bu, əslində Vardanyanın açıq etirafıdır: o, nə etdiyini bildiyini və bunun nəticələrinə əvvəlcədən hazır olduğunu təsdiqləyir.

Apreldə 20 günlük aclıq elan etməsi məsələsinə də toxunur: yalnız bir istəyi var ki, məhkəməyə xarici jurnalistlər və müşahidəçilər buraxılsın və onun işi digər mühakimə olunanlarla birləşdirilsin.

R.Vardanyanın milyardlıq sərvəti var, təsadüfi deyil ki, Bakıda mühakimə olunan Ermənistan vətəndaşları arasında yalnız və yalnız o, daha çox “yada salınır”, istər erməni mediasında, istər xarici mətbuat orqanlarında və bəzi deputatların dili ilə. Eyni zamanda, Ruben Vardanyan özünə xaricdən ən məşhur vəkili bir neçə milyon dollar müqabilində tutmağı bacarıb. Vardanyan ətrafında bu təbliğat kampaniyasının arxasında onun külli miqdarda sərvətinin dayandığı şübhəsizdir. O, məhz buna görə “xarici media qurumları və müşahidəçilərin” Bakıdakı məhkəməyə gəlməsini istəyir.

Bir anlıq düşünək: hansı meyarlara görə hansısa beynəlxalq media qurumu öz əməkdaşını Bakıya göndərib, aylarla burda qalmasını təmin etməlidir? Bu məlumatlar onlara hansı dividentlər gətirir? Və yaxud “müşahidəçilər”...

Bəllidir ki, belə bir izn olarsa, gələnlər hamısı Vardanyanın milyonları hesabına təmin ediləcəklər və onların hədəfi də burada reallığı və məhkəmə prosesini, həqiqəti işıqlandırmaq yox, məhkəməni şouya çevirmək və bundan öz məqsədləri üçün istifadə etməkdir.

Yada salaq ki, Vardanyan Ukraynanın qara siyahısındadır, o cümlədən bir neçə gün öncə Latviya Seyminin bir qrup deputatı onun layiqincə mühakimə olunması tələbilə Azərbaycana müraciət edib. R.Vardanyanın Rusiya oliqarxiyasının çirkli pullarını yumaqla məşğul olduğu və bundan yüzmilyonlar qazandığını Avropa mediası dəfələrlə gündəmə gətirib və bu araşdırmalaq R.Vardanyan Azərbaycan ərazisinə gəlməzdən 5 il öncə - 2017-ci ildən dünyanın ən nüfuzlu media orqanlarında dərc edilib.

O, yalnız Rusiya Ukraynada müharibəyə başlayandan və bu ölkəyə sanksiyalar tətbiq ediləndən sonra var-dövlətinə təhlükə yarananda – 2022-ci ilin sentyabrında Xankəndiyə gəlib.

Vardanyan müraciətində azərbaycanlılara təşəkkür də edib:

“Burada ünsiyyətdə olduğum azərbaycanlıların böyük əksəriyyətinə təşəkkür etmək istəyirəm, onlar məni düşmən hesab etmələrinə baxmayaraq, insani dəyərlərə sadiqdirlər – baxmayaraq ki, mənə etirazları və iradları var, onlar humanist yanaşmalarını qoruyurlar”.

Vardanyan əslində bu sözlərlə saxlanılanlara qarşı Azərbaycanın hansı humanist yanaşma sərgilədiyini birbaşa etiraf edir. Xatırlatmaq istərdik ki, 90-cı illərdə mülki insanların qətlə yetirilməməsi üçün əsir götürülməsinə razı olan Natiq Qasımovu ermənilər dəhşətli işgəncələr verəndən sonra tikə-tikə doğramışdılar. Ermənilərin girov götürdüyü mülki insanlara hansı işgəncələr verməsini o dəhşətlərdən sağ çıxanların bədənlərində hələ də qalan işgəncə izləri sübut edir.

Vardanyan daha sonra “sülh mesajı” da verib və bildirib ki, qonşularla birgə sülh içində yaşayacağı günə inanır. Bunun üçün uzunmüddətli sülh sazişinin yalnız sənəddə deyil, münasibətlərdə də olmasından bəhs edir (Nədənsə Qarabağa gələrkən və ittiham aktında elan olunduğu kimi, erməni terror təşkilatlarını maliyələşdirərkən Vardanyan bu barədə düşünməyib).

Vardanyan hər şeyi dolayısı ilə unutmağa və baş verənlərin bir daha təkrarlanmaması üçün gələcək haqda düşünməyə çağırıb, “bir-birimizə hörmət edərək yaşayacağımıza, bəzi xalqlarda olduğu kimi, qarşılıqlı düşmənçiliyə, yığılmış nifrətə qalib gələcəyimizə” inamını ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Mart 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri