Icma.az
close
up
RU
SENSASİYA: Qərb Paşinyanı devirməyə hazırlaşır: Ermənistanın yeni baş naziri bu şəxs olacaq FOTO KONKRET

SENSASİYA: Qərb Paşinyanı devirməyə hazırlaşır: Ermənistanın yeni baş naziri bu şəxs olacaq FOTO KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Avropa Komissiyası Paşinyana əvəzləmək üçün kadr axtarır.

KONKRET.az xəbər verir ki, Brüssel artıq Avropa İttifaqının Paşinyanı istəmədiyini və səbrinin tükəndiyini gizlətmir.

Bu günlərdə Avropa Komissiyasının saytında Ermənistanın baş nazirinin ünvanına sərt tənqidlərin yer aldığı məktub dərc edilib. Lakin qısa müddətdən sonra sənəd sürətlə saytdan çıxarılsa da, məzmunu diplomatik kanallarla yayılıb.

Bu məktuba əsasən, Avropa Komissiyası mahiyyətcə etiraf edir ki, artıq Paşinyanla işləmək mümkün deyil. İddialara görə, Aİ artıq alternativlər axtarır. Alternativlər isə əsasən qərbönümlü mötədil müxalifət arasından axtarılır. Və birbaşa bəyanatlar olmasa da, Avropa rəsmiləri Ermənistanın hazırkı baş nazirinin zəhərli tərəfdaşa çevrildiyinə açıq şəkildə işarələr verirlər.

Paşinyan niyə Avropanı məyus etdi?

Ermənistanın baş naziri uzun müddətdir ki, Avropa İttifaqında Avropayönlü islahatların dirijoru kimi qəbul edilir. Bununla belə, bir sıra uğursuzluqlar və sistemli səhvlər onun nüfuzunun üstündən xətt çəkdi. Əsas şikayətlər Qarabağ böhranıdır. Qarabağın erməni əhalisi Ermənistana köçdükdən sonra Paşinyan onlara dəstək vəd etdi, lakin bu vədlər kağız üzərində qaldı. İnsanlar sosial təminatsız və gələcəksiz qalıb, bu da genişmiqyaslı etirazlara səbəb olub.

Biznes mühiti və kilsə ilə müharibə: Paşinyan ölkə daxilində inamı gücləndirmək əvəzinə, nüfuzlu biznes dairələri və ruhanilərlə açıq qarşıdurmaya girdi. Sahibkarların həbsi və Erməni Apostol Kilsəsinə qarşı ittihamlar çoxları üçün son damla oldu.

Sülh prosesində ləngimə: Azərbaycanla sülh sazişi layihəsinin təriflənməsinə baxmayaraq, real irəliləyiş olmayıb. Avropa Komissiyası getdikcə Ermənistanın danışıqları qəsdən gecikdirməsi, Aİ-ni çaşdırması fikrini daha çox səsləndirir.

Buna daha bir həyəcan siqnalı əlavə edək: Aİ-nin infrastrukturun inkişafı və islahatlar üçün ayırdığı 270 milyon avro istənilən nəticəni vermədi. Vəsaitlər səmərəsiz istifadə edilib və faktiki olaraq bürokratik uğursuzluqlara və korrupsiya sxemlərinə çevrilib.

Paşinyanı kim əvəz edə bilər?

Avropa Komissiyasının dəhlizlərində az tanınan, lakin davamlı olaraq qərbyönlü partiyanın lideri kimi Tiqran Xzmalyanın adı getdikcə daha çox səslənir. Parlamentdə heç bir mandatı olmasa da, Avropa fondları, diplomatlar və erməni deputatlarla əlaqələri Xzmalyanı əlverişli namizədə çevirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri