Icma.az
close
up
RU
Sentyabrda 40 dərəcəyə yaxın isti olub

Sentyabrda 40 dərəcəyə yaxın isti olub

Icma.az bildirir, News24 portalına istinadən.

2025-ci ilin sentyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 14 gün normadan yuxarı (0.3-4.9 dərəcə), 16 gün isə normadan aşağı (0.2-5 dərəcə) olub. Sentyabr ayının orta aylıq temperaturu 21.4 dərəcə isti olub ki, bu da iqlim normasından 0.5 dərəcə aşağıdır.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Nazim Mahmudov bildirib ki, sentyabr ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında sentyabrın 3-ü müsbət 37.1 dərəcə, bölgələrdə isə (Kürdəmir) sentyabrın 1-i müsbət 39.8 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də 11.9 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə sentyabrın 15-də və 23-də 2.5 dərəcə şaxta (Şahdağ) qeydə alınıb.

“Sentyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Şahdağda 14 sm qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 195 faizi olmaqla (Astara 388 mm) Lənkəran-Astara zonasına, aylıq normanın 249 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 43 mm) düşüb. Yağan intensiv yağışlar nəticəsində ölkə üzrə 5 sel hadisəsi qeydə alınıb", - o deyib.

N.Mahmudov qeyd edib ki, sentyabrın 11-də Oğuz rayonunun Başdaşağıl kəndinə, Naxçıvana, Kəlbəcər rayonunun İstisu, İstibulaq, Qoçdaş, Moz, Başlıbel kəndlərinə, Gədəbəy rayonunun Söyüdlü kəndinə, sentyabrın 20-də isə Qəbələ rayonunun Kiçik Əmili kəndinə və İsmayıllı rayonuna dolu düşüb:

“Sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 xəbərdarlıq (sarı və narıncı) verilib. Ümumilikdə ölkə ərazisində 24 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri