Icma.az
close
up
RU
Sentyabrın 9 u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Sentyabrın 9 u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu günün ilk dəfə qeyd olunmasından yeddi il ötür. Lakin dünyada silahlı münaqişə genişlənməkdədir və təhsil müəssisələrinə hücumlar davam edir. Birləşmiş Millətlər Təşkilatı 2025-ci ildə məktəblərə qarşı 1680 hücumu təsdiqləyib ki, bu da 2024-cü illə müqayisədə 33 faiz artım deməkdir. Məktəblərə hücum humanizm prinsiplərinin pozulmasıdır. BMT bu günü təsis etməklə məktəblərin şagirdlərin və müəllimlərin müdafiəsini və təhlükəsizliyini təmin edən məkanlar qismində diqqətdə saxlanmasının, habelə təhsilin ictimaiyyətin diqqət mərkəzində qalmasının vacibliyini bildirib.

Azərbaycan təhsili də zaman-zaman münaqişələrin mənfi təsirinə məruz qalıb. Birinci Qarabağ müharibəsi dövründə bir milyona yaxın vətəndaşımız doğma torpaqlarından didərgin düşüb. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınmış qəsəbələrdə məktəblər də inşa edib.

Xatırladaq ki, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 şagirdin təhsil aldığı orta məktəb məhv edilib.

İkinci Qarabağ müharibəsi də təhsilimizə təsirsiz ötüşməyib. Bu müharibə 10 şagirdin həyatına son qoyub, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Məktəb infrastrukturuna ciddi ziyan dəyib - 60 məktəb binası dağıntılara məruz qalıb. Müharibə günlərində cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulması tədrisin davam etdirilməsini mümkünsüz edib, ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırılıb.

Müharibədə Qələbə qazanan Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Füzuli, Laçın, Xankəndi və Xocalıda təhsil müəssisələri tikilərək istifadəyə verilib.

İşğaldan azad olunmuş ərazilərdə 2025-2026-cı tədris ili ərzində 12 məktəbəqədər və 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib. Həmin məktəbəqədər təhsil müəssisələrində uşaq sayı 408, işçi sayı 123, ümumi təhsil müəssisələrində isə şagird sayı 4825, işçi sayı 700 nəfərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri