Icma.az
close
up
RU
Sentyabrın 9 u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Sentyabrın 9 u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür. Bu mühüm gün BMT Baş Assambleyasının 2020-ci il mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq təsis edilib. Həmin qətnaməni Qətər Dövləti təqdim edib və 62 ölkə tərəfindən dəstəklənib.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu günün ilk dəfə qeyd olunduğu vaxtdan indiyə qədər dünyada silahlı münaqişə genişlənməkdədir və təhsil müəssisələrinə hücumlar davam edir. 2022-2023-cü illər arasında Təhsili Hücumdan Müdafiə Qlobal Koalisiyası tələbələrə, müəllimlərə, məktəblərə və ali təhsil müəssisələrinə qarşı təxminən 6000 hücum edildiyini bildirib. Həmin dövrdə münaqişə tərəflərinin təhsil obyektlərindən hərbi məqsədlər üçün istifadə etməsində 20 faiz artım müşahidə olunub. On mindən çox tələbə öldürülüb, oğurlanıb, həbs edilib və ya başqa şəkildə zərər çəkib.

BMT Baş katibinin 2025-ci il uşaqlar və silahlı münaqişələrə dair illik hesabatına əsasən, 2024-cü ildə məktəblərə qarşı hücumlarda əvvəlki illə müqayisədə 44 faiz artım qeydə alınıb.

Məktəblərə hücum humanizm prinsiplərinin pozulmasıdır. Hökumətlər məktəblilər, xüsusən həssas durumda olanlar üçün bütün səviyyələrdə inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmininə və bu təhsilin müdafiəsinə görə məsuliyyət daşıyırlar. Fövqəladə humanitar vəziyyətlərdə məktəblərin, şagirdlərin və müəllimlərin müdafiəsi üçün, təhsilin əlçatanlığına mane olan hərəkətlərin qarşısının alınması üçün, silahlı münaqişə vəziyyətində təhsilin əlçatan olması üçün bütün mümkün tədbirlər həyata keçirilməlidir. BMT bu günü təsis etməklə məktəblərin şagirdlərin və müəllimlərin müdafiəsini və təhlükəsizliyini təmin edən məkanlar qismində diqqətdə saxlanmasının, habelə təhsilin ictimaiyyətin diqqət mərkəzində qalmasının vacibliyini aydın şəkildə bildirir.

Azərbaycan təhsili də zaman-zaman münaqişələrin mənfi təsirinə məruz qalıb. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu. Bir milyona yaxın vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınan qəsəbələrdə məktəblər də inşa etdi.

Xatırladaq ki, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Eləcə də 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 şagirdin təhsil aldığı orta məktəb məhv edilib.

İkinci Qarabağ müharibəsi də təhsilimizə təsirsiz ötüşmədi. Bu müharibə 10 şagirdin həyatına son qoydu, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Məktəb infrastrukturuna ciddi ziyan dəydi - 60 məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulması tədrisin davam etdirilməsini mümkünsüz etdi. Düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırıldı.

Müharibədə Qələbə qazanan Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir. Bu ərazilərdə müasir standartlara cavab verən təhsil infrastrukturu da qurulur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Füzuli və Laçında təhsil müəssisələri tikilərək istifadəyə verilib. Bu yerlərdə tikilən yeni məktəb binalarında şagirdlərin təhsil alması üçün geniş şərait yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri