SEPAH a yeni komandan təyin edildi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə admiral Əli Ozmai təyin olunub.
“Qafqazinfo” İran KİV-ə istinadən xəbər verir ki, o bu vəzifədə ABŞ və İsrailin İrana endirdiyi zərbələr zamanı həlak olan admiral Əlirza Tanqsirini əvəz edib.
Məlumata görə, Əli Ozmai bundan əvvəl Fars körfəzində yerləşən Keşm və Kiş adalarını əhatə edən hərbi dairəyə rəhbərlik edib.
Qeyd edək ki, son günlər İran və ABŞ arasında atəşkəs rejiminin pozulması ilə bağlı qarşılıqlı ittihamlar səsləndirilir. ABŞ İranı Hörmüz boğazında atəşkəsi pozmaqda günahlandırdığı halda, Tehran da Vaşinqtonun razılaşmanın şərtlərini pozduğunu bəyan edib.
Baxış sayı:83
Bu xəbər 04 İyul 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















