SEPAH dan ABŞ yə gözdağı: Qırmızı dəniz və Bab əl Məndəb bağlana bilər
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
"Məlumatlı şəxslərin sözlərinə görə, əgər ABŞ Silahlı Qüvvələri hücumları aktivləşdirərsə və ya İrana quru müdaxiləsi variantını nəzərdən keçirərsə, SEPAH Vaşinqtonu Bab-əl-Məndəb boğazını və Qırmızı dənizi bağlamaqla, eləcə də gəmilərə hücum etməklə hədələyib", - nəşr bildirib.
İyul ayında İranın dəstəklədiyi husilər və Səudiyyə Ərəbistanı qarşılıqlı zərbələri bərpa edib. Bu zaman husilər Səudiyyə Ərəbistanı gəmiləri üçün dəniz blokadası elan ediblər. Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki tankerə hücum edib, daha sonra isə krallıq ərazisindəki "Saudi Aramco" şirkətinin iki obyektinə zərbə endirdiklərini açıqlayıblar. Səudiyyə Ərəbistanı və Misirin husiləri hərbi fəallığı dayandırmağa inandırmaq cəhdləri hələ ki uğur qazanmayıb.
Daha əvvəl "Axios" xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp məsələnin diplomatik həllinə ümid etdiyi üçün İrana cümə gününə planlaşdırılan zərbələrin həyata keçirilməməsi barədə göstəriş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 26 İyul 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















