SEPAH dayanmır: Yeni müharibə qaçılmazdır
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı hərbi hədəflərinə zərbə endirdiyini açıqlayıb.
Raket hücumu zamanı ABŞ-ın hərbi bazasında yerləşən hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasının və sığınacaqda olan F-15 qırıcı təyyarəsini sıradan çıxartdığı iddia olunub.
Həmçinin bildirilib ki, əməliyyatın məqsədi bölgədə radar nəzarətini zəiflətmək və daha genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə həyata keçiriləcək zərbələr üçün əlverişli şərait yaratmaq olub.
Bundan əvvəl də SEPAH-ın ABŞ-nin Yaxın Şərqdəki bazalarına zərbələr endirdiyi bildirilmişdi.
Məlum olduğu kimi, tərəflər arasında münasibətlər kifayət qədər gərgindir. Nə İran, nə ABŞ geri çəkilmək istəyir. Əslində isə genişmiqyaslı müharibə ikisinə də sərf etmir.
Düşünürəm ki, əslində hər iki tərəf diplomatiyada maraqlıdır. Sadəcə olaraq İran daxilində SEPAH, ABŞ tərəfdənsə İsrail danışıqların qarşısını almağa çalışır. ABŞ və İran hakimiyyətindən fərqli olaraq onlar üçün A variantı müharibədir. Beləliklə, SEPAH hakimiyyəti zəiflətməyə çalışır, İsrail isə İranı. Üstəlik, İsrail siyasi elitası mümkün müharibə ilə həm də hakimiyyətini qorumağa çalışır.
SEPAH-ın ABŞ hərbi bazalarını hədəf alması da bununla bağlıdır. İndi SEPAH və İsrail faktiki olaraq bir-birinin əllərinə oynayır.
Fikrimcə, diplotamiya pəncərəsi hələ tam bağlanmayıb. Amma bunun üçün həm rəsmi Vaşinqton, həm də rəsmi Tehran kompromisə getməli, maksimalist iddialardan əl çəkməli, genişmiqyaslı eskalasiya ehtimalından çəkinməlidirlər. Əks halda bu ilin sonuna yaxın genişmiqyaslı savaş başlaya bilər.
Kənan Novruzov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 İyul 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















