SEPAH ın daha bir generalı ÖLDÜRÜLDÜ
Icma.az, Bizim media saytına istinadən bildirir.
Dünən İranın Şiraz şəhərində həyata keçirilən kütləvi raket zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandanı öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın müxalif media resursları məlumat yayıb.
Hücumun əsas hədəfi SEPAH-ın Şirazdakı "Sarallah" briqadasının nəzdində fəaliyyət göstərən "Bəsic" xalq könüllüləri dəstəsinin komandanı, briqada generalı İbrahim Mörtəzayi Nəsb olub.
Hadisə axşam saatlarında Şirazın mərkəzi hissəsində, hərbi bazanın yerləşdiyi "Müəllim" dördyolunun yaxınlığında qeydə alınıb.
Məlumata görə, strateji hərbi obyektə iki dalğa halında raket zərbələri endirilib. İlk zərbə saat 18:55-də 4 raketlə həyata keçirilib. Cəmi 10 dəqiqə sonra isə əraziyə daha 3 raket buraxılıb. Hücum zamanı hərbi bazada olan general İbrahim Mörtəzayi Nəsb ağır qəlpə yaraları alıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media
Baxış sayı:83
Bu xəbər 10 İyul 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















