SEPAH rəsmisi təhdid etdi “Şiddətli atəş altına alınacaq”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ABŞ-nin regiondakı hərbi bazaları ilə yanaşı, Yaxın Şərq ölkələrindəki neft infrastrukturunu da birbaşa hədəf seçdiklərini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, general bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Təngsiri İran xalqının küçələrdəki dəstəyinin regionda yeni tənzimləmələrə yol açacağını bildirərək, hədəf siyahısının yeniləndiyini vurğulayıb:
“ABŞ ilə əlaqəli neft qurğuları artıq Amerika bazaları ilə eyni səviyyədədir və şiddətli atəş altına alınacaq”.
SEPAH komandanı həmçinin həmin ərazilərdə çalışan işçilərə və mülki vətəndaşlara ciddi xəbərdarlıq edərək, onları bu obyektlərdən uzaq durmağa çağırıb.
Qeyd edək ki, sözügedən bəyanat ABŞ və İsrailin İranın cənubundakı neft-qaz yataqlarına, o cümədən Əsəluyə bölgəsinə endirdiyi zərbələrə cavab kimi qiymətləndirilir.
Baxış sayı:158
Bu xəbər 19 Mart 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















