Separatçılardan daha bir həyasızlıq: AİHM ə “şikayət” edəcəklər
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
Qarabağdan qaçaraq, İrəvana sığınmış separatçılar Azərbaycana qarşı daha bir kampaniyaya start veriblər.
Tribunainfo.az xəbər verir ki, onlar bu dəfə Avropa İnsan Haqları Məhkəməsinə ölkəmizdən “şikayət” edəcəklər.
Belə ki, başda separatçı Qeqam Stepanyan və Artak Beqlaryan iddia ediblər ki, guya, Azərbaycan Qarabağda mülki şəxslərin evlərini sökür və əmlaklarını “dağıdır”. Onun sözlərinə görə, hazırda bununla bağlı məlumat toplayırlar və yaxın günlərdə AİHM-ə müraciət edəcəklər.
P.S. Bu sırtıq və həyasız tayfa 30 il işıal altında saxladıqları Azərbaycan torpaqlarında törətmədikləri cinayət qalmayıb. Xocalıda, Qaradağlıda, Ağdabanda dinc insanları, uşaqları, ahılları kütləvi qətlə yetirənlər, bütün rayonlarımızı xarabalığa çevirənlər indi mülk davasına çıxıblar. Əgər ortada hər hansı bir cinayət varsa, onu Azərbaycan yox, məhz erməni separatçıları və terrorçuları törədiblər.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 29 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















