Icma.az
close
up
RU
Septik artritin SİMPTOMLARI və MÜALİCƏ ÜSULLARI

Septik artritin SİMPTOMLARI və MÜALİCƏ ÜSULLARI

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Septik artrit infeksiya nəticəsində yaranan oynağın iltihabi xəstəliyidir. Septik artriti həm də infeksion artrit adlandırırlar.

Adətən bakteriyalar tərəfindən törədilir. Törədici bəzi hallarda virus və göbələk də ola bilr. Adətən septik artrit bir iri oynağı, məsələn: diz və ya bud-çanaq oynağını zədələyir. Nadir hallarda septik artrit bir neçə oynağı zədələyə bilər.

Septik artritin səbəbləri

Törədici bakteriyalar qan vasitəsilə orqanizmin bir hissəsindən oynağa daxil olur. İnfeksiya həmçinin açıq yaradan və diz oynağında aparılan cərrahi əməliyyatdan sonra da yayıla bilər.

Uşaqlarda və böyüklərdə kəskin septik artritin törədiciləri arasında stafilakokk və streptokokk çox təsadüf olunur. Cavan yaşlı xəstələrdə Neisseria gonorrhoeae bakteriyası ən çox təsadüf olunan törədicidir. Bu bakteriyalar qanla oynağa daxil olaraq oynağı zədələyir, iltihab və ağrı törədir.  

Bakteriyalardan əlavə viruslar və göbələklər də törədici ola bilər.

Törədici viruslara aiddir:

- Hepatit A, В və С

- Parvovirus B19

- QİDS

- Adenovirus

- Koksaki virus

- Parotit

- Alfaviruslar

- Flaviviruslar

Törədici göbələklərə aiddir: histoplazma, koksidiomiset və blastomiset aiddir. Bu infeksiyalar bakterial infeksiyadan fərqli olaraq tədricən inkişaf edir.

Hansı xəstələrin septik artritə tutulma ehtimalı yüksəkdir?

Kiçik yaşlı uşaqlarda və yaşlı şəxslərdə septik artritin rast gəlmə ehtimalı daha yüksəkdir.

Açıq yarası olan xəstələrdə də bu risk çox yüksəkdir.

Bundan əlavə bir sıra autoimmun xəstəliklər (revmatoid artrit, sistem qırmızı qurd eşənəyi), zəif immun sistemi (alkoqolizm, immunodepresantlarla müalicə, QİDS infeksiyası olan) və yanaşı xroniki xəstəlikləri, məsələn: xərçəng, şəkərli diabet olan xəstələr, oynaqda (əsasən diz və bud-çanaq oynağının) endoprotez yerləşdirilmiş xəstələr, TNF-alfa ingibitorları ilə müalicə alan xəstələr, qaraciyər və böyrək çatışmazlığı olan xəstələr də bu sıraya aiddir.

Bundan əlavə əvvəllər zədələnmiş oynaqların infeksiyalaşma ehtimalı da yüksəkdir.  

Septik artritin əlamətləri

Əsas şikayət oynaqda güclü ağrı, oynaqda şişkinlik və temperaturun yüksəlməsidir. Digər simptomlar:

- Yorğunluq və ümumi zəiflik

- Yüksək hərarət

- Oynaqda hərəkət məhdudluğu

- Xüsusən hərəkət zamanı zədəli oynaqda güclü ağrı

- Şişkinlik (oynaqda mayenin miqdarının artması)

- Oynaqda yerli hərarətin qalxması

Septik artritin diaqnostikası

Septiki artritin dəqiq diaqnozunu qoymaq üçün artrosentez proseduru icra olunur. Bu prosedur zamanı oynaqdan müayinə üçün oynaq mayesi (sinovial maye) alınır. Oynaq mayesinin laborator müayinəsi aparılır. Normal halda bu maye steril olmalıdır.

Oynağın zədələnməsini aşkar etək üçün oynağın rentgenoloji müayinəsi aparılır. Qan analizləri iltihabın gedişinə nəzarət üçün lazımdır. Oynağın MRT (maqnit rezonans tomoqrafiya) müayinəsi oynaqda dağılma prosesini dəqiqləşdirmək üçün daha həssas müayinə metodudur, amma xəstəliyin erkən mərhələsində az informativdir.

Septik artritin müalicəsi

Əgər infeksion mənşəli artritdirsə, infeksiyanın yayılmasının qarşısını almaq üçün antibiotikoterapiya (venadaxili olmalı) təcili aparılmalıdır.  

İlkin olaraq emprik müalicədə geniş təsir spektrli antibiotik istifadə olunur. Törədici təyin olunduqdan sonra ona həssas antibiotik təyin olunur. Müalicə 4-6 həftəyə qədər davam etməlidir. Artroskop vasitəsilə infeksiyalaşmış toxuma xaric olunur və oynaq təmizlənir. Əgər oynağın drenaj olunması aspirasiya və ya artroskopiya vasitəsilə mümkün olmasa, oynağın açıq əməliyyatı aparılmalıdır.

Müəllif: Əli Əlizadə, revmatoloq, osteopat

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 05:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri