Şəqşünas alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 12 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asim Cənnətov və elmi işçi Röya Mirzəbəyovanın həmmüəllifi olduqları “İpək Yolu və Orta Dəhliz: Avrasiya üçün enerji və tranzit imkanları” adlı məqalə Macarıstanın “Web of Science” bazasında indeksləşdirilən “Modern Geografia” jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Məqalədə Çindən Avropaya uzanan Yeni Dəmir İpək Yolunun mühüm hissəsini təşkil edən Orta Dəhlizin Avrasiya məkanında yaratdığı enerji və tranzit imkanları ətraflı şəkildə araşdırılır. Tədqiqatda Dəmir İpək Yolunun iştirakçı ölkələrin sosial-iqtisadi inkişafı üçün yaratdığı yeni imkanlar, müasir logistika sistemində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu və əhəmiyyəti təhlil edilir. Məqalədə, həmçinin Azərbaycanın Şərq-Qərb nəqliyyat əlaqələrində mühüm tranzit ölkə kimi mövqeyi və rolu xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycanın Orta Dəhlizin inkişafında iştirakı, ölkənin enerji və nəqliyyat infrastrukturu, eləcə də Zəngəzur dəhlizinin regional sahədə əhəmiyyəti məsələlərinə toxunulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 12 Oktyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















