Şərait yaranmalıdır ki, insanlar led lampaya üstünlük versinlər Közərmə lampaları ləğv olunur?
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Vətəndaşlarımızı közərmə və led lampalar arasındakı fərqlə bağlı maarifləndirməliyik. Led lampalar iqtisadi cəhətdən ailə büdcəsinə daha az zərər vurur, sağlamlıq baxımından daha uyğundur. Buna dair çoxlu arqumentlər olsa da, insanlar arasında tam fikir formalaşmayıb. Aidiyyatı qurumlar mütləq maarifləndirmə işinə və insanları inandırmaq məsələsinə diqqəti artırmalıdırlar. Biz çalışmalıyıq ki, led lampalar ölkəmizdə istehsal olunsun".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, yalnız bundan sonra led lampaların qiymətində müəyyən azalma müşahidə olunar, insanların led lampaya keçidi sürətlənər:
"Əks halda işimiz çətin olacaq. Bazarda müxtəlif firmalara aid led lampalar var. Lampalar bir-birindən qiymətinə, keyfiyyətinə, tibbi cəhətdən fərqlənir. Bu baxımdan bazarımızda filtrasiya aparılmalıdır. Keyfiyyəti aşağı olan led lampalar çıxarılmalı, uzun müddər istifadə edilə biləcək, az zərərli lampaların sayı artırılmalıdır. Bundan sonra insanlarımız led lampadan istifadəyə üstünlük verəcək. Közərmə lampalarının qadağası ilə bağlı dövlət qərar qəbul etməyib. Dünən keçirilən müzakirə zamanı qeyd olundu ki, bu ən optimal yoldur. Ancaq məsləhətləşmələr nəticəsində qərar dəstəklənmədi. Sadəcə elə şərait yaranmalıdır ki, insanlar fərqi anlasın, led lampaya üstünlük versinlər".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Elektrik közərmə lampaları ləğv edilir qanun DƏYİŞDİ
03 Mart 2025 16:10
Közərmə lampaları istifadə edənlər də cərimələnəcək? Video
06 İyun 2025 16:02
Azərbaycanda közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır
05 Yanvar 2026 12:05
Elektrik közərmə lampaları ilə bağlı qadağa qüvvəyə minir
11 Aprel 2025 12:33
Elektrik közərmə lampaları ilə bağlı maarifləndirmə işinə başlanılıb
31 Oktyabr 2025 13:28
Baxış sayı:67
Bu xəbər 04 Mart 2025 16:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları