Serbiya rəsmisi etirazlarda xarici kəşfiyyatların rolunu açıqladı
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Serbiya parlamentinin müdafiə və daxili işlər komitəsinin sədri Milovan Drecun ölkədə keçirilən son etiraz aksiyalarında qonşu ölkələrin kəşfiyyat xidmətlərinin iştirak etdiyini bəyan edib.
Doğru.az xəbər verir ki, onun RİA Novosti-yə verdiyi açıqlamaya görə, Serbiya Təhlükəsizlik və İnformasiya Agentliyi Xorvatiyanın Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin (SOA) bir neçə daxili agent qrupunu ifşa edib.
“Bölgədəki digər kəşfiyyat xidmətləri də prosesə qoşulub, məsələn, Mərkəzi Serbiyada fəaliyyət göstərən Kosovo Kəşfiyyat İdarəsi (AKI)”, – deyə Drecun əlavə edib.
O, həmçinin Bosniya və Herseqovina, eləcə də Bolqarıstanın xüsusi xidmət orqanlarının da etirazlarla bağlı müvafiq əməliyyatlarda iştirak etdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Belqraddakı səfiri Aleksandr Botsan-Xarçenko da Serbiyadakı etiraz aksiyalarının ölkədə sabitliyi pozmaq məqsədi daşıdığını vurğulamışdı.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Avqust 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















