Icma.az
close
up
RU
Serbiyada saxlanılan şəxs Azərbaycana gətirildi

Serbiyada saxlanılan şəxs Azərbaycana gətirildi

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiya Respublikasında müəyyən edilən daha bir şəxsin iyulun 19-da nazirlik tərəfindən ölkəmizə ekstradisiyası həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona külli miqdarda, yəni 90.869.964 manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Məmmədov Səbuhi Elburus oğlunun yeri Serbiyada müəyyən olunub və o, həbs edilib:
“Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Serbiyanın ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.
Məmmədov Səbuhi Elburus oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Serbiyanın Belqrad şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 20 İyul 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri