Serbiyalı nazir müavini: Azərbaycanın təbii qazını Macarıstana və digər ölkələrə nəql etmək imkanımız var
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycanın təbii qazını Macarıstana və digər ölkələrə nəql etmək imkanımız var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Neft və Qaz üzrə icraçı nazir müavini Saşa Kokoviç Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan ilə Serbiya arasında çox yaxşı münasibət mövcuddur.
“Biz 10 ildən çoxdur ki, strateji partnyoruq. Enerji sahəsində ilk dəfə əməkdaşlığa 2023-cü ildə başladıq. Serbiya üçün ilk dəfə idi ki, təbii qazın diversifikasiyasına baş vururdu. Bu çox müsbət haldır ki, cənub-şərqi Avropadan təchizatı əldə edə bildik. Biz istəyirik ki, daxili qaz nəqli sistemimizdə dəyişiklik edək. Təchizat marşrutlarının şaxələndirilməsi bizim üçün kritik vəzifədir və növbəti üç il ərzində həyata keçirilməsi hədəflənib. SOCAR ilə birlikdə istehlak və ötürmə qabiliyyəti üzrə əlverişli həllər tapacağımıza ümid edirik”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















