Sərdar Berdiməhəmmədov Ermənistana səfər edəcək
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrda Ermənistana səfər edəcək.
"Report" Ermənistanın Baş nazirinin dəftərxanasına istinadən xəbər verir ki, bu, Türkmənistan lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı məlum olub.
Söhbət zamanı tərəflər Ermənistan-Türkmənistan münasibətlərinin gələcək inkişafı və ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər.
N.Paşinyan və S.Berdiməhəmmədov ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.
"Nikol Paşinyan bu ilin oktyabrında Ermənistanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransının (COP17) keçirilməsi mövzusuna toxunub və Sərdar Berdiməhəmmədovu Liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət edib. Türkmənistan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib", - məlumatda bildirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 04 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















