Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu: “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir”

Sərdar Cəlaloğlu: “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir”

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“Amerikanın yeni administrasiyası Ukraynanı nə Rusiyaya güzəştə gedəcək, nə də onun ərazilərinin işğalına razı olacaq. Düşünürəm ki, indi ABŞ-nın Ukraynanı güzəştə gedə biləcəyini nümayiş etdirməsinin arxasında özünün maraqları gizlənir. Yəni Vaşinqton öz maraqlarına uyğun məsələlərdə Kiyevi güzəştə məcbur etməyə çalışır. Burada maraq Ukraynanın sərvətlərinə sahib çıxmaqdır”.
Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Rusiya lideri ilə danışıqlar aparması, müharibəyə son qoymağı tələb etməsi, Kiyevin güzəştə getməli olduğunu söyləməsi və digər gedişləri Ukraynanın sərvətlərini əldə edib, ABŞ-nın maraqlarını həyata keçirməkdir.
S. Cəlaloğlunun fikrincə, Ukraynada maraqlarını təmin etdikdən sonra ABŞ-nın ritorikası dəyişəcək: “Nəzərə almaq lazımdır ki, Ukraynada dəyəri milyardlarla ölçülən sərvətlər var. Bu sərvətləri ABŞ əldə etdikdən sonra onun kəşfiyyatını, istismarını və s. işləri həyata keçirmək üçün investisiya qoymalı olacaq. Bu investisiyaları həm də müdafiə etməlidirlər. Deməli, ABŞ gələcəkdə Ukraynada hərbi baza da qura bilər”.
ADP sədri əlavə edib ki, ABŞ Rusiyanın işğal siyasətinə imkan verməyəcək: “Onu da nəzərə alaq ki, hazırda Rusiyanın da durumu yaxşı deyil, maliyyə sıxıntısı var, sanksiyaların ləğvindən danışılmır. ABŞ Rusiyanı bu vəziyyətdən çıxara bilər”.
Siyasətçi Ukraynada atəşkəsin mümkünlüyünü istisna etmir: “Ancaq heç bir halda Rusiyanın istəklərinin həyata keçirilməsini gözləmirəm. Bəli, mümkündür ki, Rusiyanı düşdüyü durumdan çıxarmaq üçün güzəştlər edilsin və ya üçüncü bir ölkədə Rusiyanın maraqlarına güzəşt olsun. Yəni Putinə imkan yarada bilərlər ki, məğlub olmayan tərəf kimi hərəkət etsin”.
S. Cəlaloğlu vurğulayıb ki, D. Trampın radikal çıxışları və hərəkətlərinin bir məqsədi var: “ABŞ maraqlarına yol açmaq. Məsələn, Qəzza ilə bağlı dedikləri ərəb ölkələri ilə gələcək siyasətin formalaşması üçün gedişdir. Ukrayna ilə bağlı dedikləri isə bu coğrafiya üçündür. Bu maraqlar təmin olunduqdan sonra başqa vəziyyəti müşahidə edəcəyik”.
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Fevral 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri