Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu “Yeni Müsavat” tərəfindən niyə şantaj edilir?

Sərdar Cəlaloğlu “Yeni Müsavat” tərəfindən niyə şantaj edilir?

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün “Yeni Müsavat” qəzetinin saytında “Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun avtoqəza törətdiyi” haqda xəbər dərc olunub. Müəllif yazır ki, hadisə martın 15-də, səhər saatlarında Rəşid Behbudov küçəsində baş verib. İddia olunur ki, partiya sədri mopedi vurub və sürücüyə 50 manat pul verərək, hadisə yerindən sürətlə uzaqlaşıb.

İlk olaraq onu qeyd edək ki, bu xəbər həqiqət olsa belə, burada qeyri-adi nəsə axtarmaq əbləhlikdir. Ən azı ona görə ki, heç bir qəza olayı “gəlirəm” demir və kimsə də bundan sığortalanmayıb. O cümlədən, “Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğlu da! Yəni başqaları kimi, sabah o da qəzaya düşə, yaxud düşürülə bilər. Ona görə “düşürülə bilər” yazırıq ki, bu gün qulluq etdiyi hakimiyyət vaxtilə onun evindən də “silah tapmışdı”. Bu silah necə Rauf Arifoğluna məxsus idisə, bu gün Sərdar Cəlaloğlunun da “eyni həqiqətlə” qəza törətdiyini düşünmək olar.

Əlbəttə, bu xəbərin “Yeni Müsavat”a məxsus saytda işıq üzü görməsi heç də təəccüblü deyil. Çünki bu saytın “obyektivliyi” cəmiyyətdə hər kəsə bəllidir. Əvvəllər müxtəlif məmurlar arasında yalançı qalmaqallar düzüb-qoşan, bəzi hallarda onları “ringə” çıxaran bu qəzet və məxsus olduğu sayt, son vaxtlar daha çox şou xəbərlərə meyl etdiyindən, görünür, artıq siyasəti və siyasətçiləri də şouya cəlb etmək istəyir. Bu da anlaşılandır, yəqin, vaxtilə “məmurların savaşı”ndan pul qazanan R.Arufoğlunun indi də çörəyi şoudan çıxır...

Dəyərli oxucularımıza agah olsun deyə bildirək ki, ortada Səradar Cəlaloğlunun “törətdiyi qəza” faktı olmasa da, “qəza şousu” mövcuddur. Bir qədər də açıq desək, əlsində, bu qəzanın Sərdar Cəlaloğluna heç bir aidiyyəti yoxdur. Yox, həqiqətən də kimlərsə bu qəzanı S.Cəlaloğlu ilə bağlamağa çalışırsa, demək, bunun əvvəlcədən düşünülmüş olmaq ehtimalı da var.

İkinci məsələyə toxunmadan, hələllik heç bir ehtimala yer qoymayan birinci fakta – Sərdar Cəlaloğlunun bu qəza ilə hər hansı əlaqəsinin olmaması gerçəyinə aydınlıq gətirək.

Bəli, həqiqətən də qeyd olunan tarixdə - martın 15-də, səhər saatlarında Rəşid Behbudov küçəsində sonradan adını “Yeni Müsavat”dan öyrəndiyimiz sürücü Hüseyn Tanrıverdiyev idarə etdiyi mopedlə qəza törədib. Amma onun mopedini nə S.Cəlaloğlu vurub, nə də o, özünü ADP sədrinin avtomobilinə çırpıb. Hadisənin təfərrüatı bundan ibarətdir ki, moped sürücüsü yol hərəkəti qaydalarına zidd olaraq 3-cü zolaqdan sola dönüş edib. Bu zaman isə qırmızı işıqdan sola  - Heydər Əliyev sarayı istiqamətində hərəkət edən Sərdar Cəlaloğlunun idarə etdiyi avtomobillə toqquşmamaq üçün özünü səki daşlarına çırpıb. Hadisə yol ayrıcında yerləşən müşahidə kamerasının altında baş verdiyindən, polislə köhnədən dostluq edən Rauf Airfoğlunun həmin görüntüləri əldə etməsi heç də çətin olmaz. Lakin, “Yeni Müsavat” ən azı qəzanın detallarını aydınlaşdırmaq əvəzinə, ortada heç bir fakt olmadan “Sərdar Cəlaloğlu qəza törətdi” sərlövhəli xəbər yayıb.

Ən maraqlısı isə odur ki, saytın əməkdaşı bu xəbəri yazmazdan əvvəl, ADP sədrinə zəng açaraq, özünü təqdim etmədən, yəni hansı qəzetin, yaxud saytın əməkdaşı olduğunu bildirmədən, “reket jurnalistlər”in üslubuna xas olaraq “redaksiyamıza sizin qəza törətdiyiniz haqda şikayət daxil olub, bunu dərc etsək, bütün saytlar bizə istinad edərək paylaşacaq...”, - deyib. Partiya sədri isə müxbirə qəza törətmədiyini, əksinə, mopedi səki daşlarına dəyərək zədələnən sürücüyə kömək məqsədilə 50 manat verdiyini bildirib.

Həqiqətən də qəza baş verdikdən sonra avtomobilini qarşıda saxlayan Sərdar Cəlaloğlu sürücüyə kömək etmək üçün arxaya – hadisə yerinə qayıdıb. O, ilk olaraq moped sürücüsündən xəsarət alıb-almadığını soruşub. Gənc oğlan xəsarət almadığını dedikdən sonra ona ehtiyatlı olmağı tövsiyyə edən ADP sədri, bu zaman mopedinin yüngül zədələndiyini görərək, sırf insanlıq naminə ona 50 manat verib. Lakin həmin vaxt bir qrup cavan oğlanın moped sürücüsünə yaxınlaşaraq, onu adı ilə çağırmaları, üstəlik hadisənin canlı şahidi olmayan qadının S.Cəlaloğluna qarşı hücuma keçməsi, onu qəza törətməkdə ittiham etməsi və s. ADP sədrində şübhələr oyadıb...

Məhz bu səbəbdən yuxarıda qeyd etdik ki, qəza şosunun əvvəlcədən düşünülmüş olmaq ehtimalı var. Partiya sədrinə də elə gəlir ki, kimlərsə onun cəmiyyətdəki nüfuzunu zədələmək, yaxud başqa çirkin niyyətlərlə sözügedən moped sürücüsünün əli ilə qəza görüntüsü yaratmağa çalışıb. Amma görünür, ya sürücünün təcrübəsizliyi, ya da S.Cəlaloğlunun avtomobili diqqətli idarə etməsi səbəbindən, bu plan baş tutmayıb.

O da güman edilir ki, hadisə yerində olan gənclər, o cümlədən də məlum təxribatçı qadın əvvəlcədən orada, R.Arifoğlu demiş, “görəvləndiriliblər”. Bu plan baş tutmadıqda isə, “Yeni Müsavat”ın xidmətindən yararlanmağa, yəni olmayan qəza haqda siyasi şou düzüb-qoşmağa məcbur olublar.

Hər halda, bütün bunlar bizim düşüncələrimiz, gəldiyimiz qənaətdir. “Yeni Müsavat”da bunun əksini düşünənlər varsa, lütfən bizimlə əlaqə saxlasınlar.

“Hürriyyət”

P.S. Qeyd edək ki, “Yeni Müsavat”ın məlum yazısından sonra “Hürriyyət”in əməkdaşı moped sürücü Hüseyn Tanrıverdiyevlə əlaqə saxlaya bilib. Maraqlıdır ki, o, “mən “Yeni Müsavat”a o cür açıqlama verməmişəm”, - deyə bildirib. “İndi zəng edib özləri ilə danışacam ki, niyə elə yazıblar?!”, - əlavə edən Hüseyn onu da bildirib ki, kimsəyə Sərdar Cəlaloğlunun hadisə yerindən qaçdığı haqda fikir də söyləməyib, çünki belə bir fakt olmayıb.

P.P.S. Hər halda, bütün bunlardan sonra bizə əlavə söz deməyə ehtiyac qalmır. Güman edirik ki, dəyərli oxucularımız baş verənlərin fərqinə varacaqlar...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Mart 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri