Icma.az
close
up
RU
Zəfərimiz şərəf tariximiz, qürur mənbəyimizdir

Zəfərimiz şərəf tariximiz, qürur mənbəyimizdir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd etdi. Torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsinə nail olduğumuz bu müharibənin hər günü hər bir azərbaycanlı üçün müqəddəsdir. Çünki bu ölüm-qalım savaşı Vətən torpaqlarının, qədim yurd yerlərimizin, dədə-baba ocaqlarımızın düşmən tapdağından xilası, milli şərəf və ləyaqətin bərpası uğrunda aparılırdı. Ona görə 8 Noyabr Zəfərinin milli tariximizdə, Azərbaycan xalqının qan yaddaşında xüsusi və əbədi yeri var. Bu tarixi qələbə ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilovun qələmə aldığı və yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunacaq “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı da 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin müstəsna əhəmiyyətinə və Azərbaycan tarixindəki xüsusi, həlledici yerinə həsr olunmuşdur.

Kitabda Ermənistanın 1988-ci ildən etibarən Azərbaycana qarşı ərazi iddiaları ilə başlatdığı Qarabağ münaqişəsinin, 37 illik dövrdə baş verən hadisələrin mahiyyəti, siyasi mənzərəsi faktlarla açılmışdır. 1981-ci ildən başlayaraq M.Qorbaçov və SSRİ rəhbərliyi timsalında ermənilərin separatçı hərəkatına və az sonra təcavüzkarlığına göz yumulması, əslində, rəvac verilməsi onların Qarabağa yiyələnmək istəklərinin reallaşdırılmasına stimul yaratmışdı. Öz havadarlarının köməyindən maksimum yararlanan Ermənistan 1992-1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsində “Dağlıq Qarabağı” və ətraf 7 rayonu işğal etmiş, daha sonra isə Azərbaycanın həmin ərazilərində ikinci erməni dövləti yaratmağa cidd-cəhd göstərmişdir. Keçmiş Ermənistan dövlətinin prezidentləri R.Koçaryan və S.Sarkisyan əsl faşizm siyasəti yürütdülər.

Ermənilərin bu niyyətlərinin, Azərbaycanın yeni ərazilərini işğal etmək planlarının qarşısı yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə alınmışdır. Böyük dövlət adamının səyləri nəticəsində qısa müddətdə bu hücumların qarşısı alındı, hətta işğal olunmuş bəzi ərazilər və Horadiz qəsəbəsi düşmən tapdağından azad olundu. Bu, Azərbaycanın gələcək qələbələrinin başlanğıcı idi. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycan torpaqlarının işğaldan tamamilə qurtarılması uğrunda aparılan genişmiqyaslı işlərin də əsası məhz Ulu öndərin hakimiyyətə gəlməsinin ilk ilində qoyulmuşdur. Həmin vaxtdan başlanaraq, ölkə daxilində sabitliyə, qanunçuluğun möhkəmləndirilməsinə, iqtisadi inkişafa və nizami ordu quruculuğuna nail olunması üçün ardıcıl tədbirlər görüldü. Ermənistanla atəşkəsin imzalanması ilə vaxt əldə edilməsi və beynəlxalq hüquqi sənədlərin, xüsusilə BMT-nin 4 qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsinin ən mötəbər kürsülərdən səsləndirilməsi, digər nüfuzlu təşkilatlarda tarixi sənədlərin və Azərbaycanın mövqeyinin qəbul etdirilməsi də məhz işğalın sona çatdırılmasına yaradılan zəmin idi. Ancaq qarşı tərəf münaqişənin dinc yolla həllinə tərəfdar olmadığı üçün bunlar istənilən nəticəni vermirdi.

Müəllif xronoloji ardıcıllıqla və təhlil süzgəcindən keçirməklə hadisələrin sonrakı inkişafını da göstərir. Oxucuya Ermənistanın Baş naziri Nikol Paşinyanın və komandasının timsalında Ermənistanın tez-tez təxribatlara yol verməsi, bütün vasitələrlə status-kvonu saxlamaq cəhdləri, hətta Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətləri ilə bağlı faktlar və düzgün dəyərləndirmələr təqdim olunur. Müəllif Azərbaycanın bütün bunlara soyuqqanlılıqla yanaşmaqla müasir ordu quruculuğu prosesini uğurla davam etdirməsini, ordunun ən yeni texniki vasitələrlə təmin olunmasını, beynəlxalq səviyyədə məharətli siyasət nəticəsində təcavüzkara qarşı müvafiq tədbirlər görülməsinin qaçılmazlığının qəbul etdirilməsini xüsusi vurğulayır. Təcavüzkarın layiqli cavabını almasının lazım gəldiyini təsdiqləyən sonuncu hadisələrdən biri 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücumu oldu. Bundan qısa müddət keçmiş 2020-ci il 27 sentyabr tarixində Ermənistan növbəti dəfə genişmiqyaslı təxribat törədərək mülki və hərbi obyektləri atəşə tutdu. Bu, artıq Azərbaycanın səbrini daşıran, təcavüzkarın layiqincə cəzalandırılmasını qaçılmaz edən son damla oldu. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Heç kimin gözləmədiyi bir sürətlə Azərbaycan əraziləri düşməndən təmizlənməyə başlandı. Qəhrəman əsgər və zabitlərimizin görünməmiş şücaəti, fenomenal döyüş strategiyası və taktikası ilə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları 30 illik erməni işğalından azad olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi döyüş əməliyyatları düşməni tamamilə sarsıtdı, Ermənistan ordusu minlərcə itki verməklə səngərlərdən qaçmağa başladı, fərarilik geniş miqyas aldı.

Cəbhədə qazanılan qələbələrlə paralel Azərbaycan Prezidentinin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr Qarabağın işğaldan azad edilməsinin Azərbaycanın beynəlxalq hüquqla tanınan danılmaz haqqı olduğunu birmənalı ifadə etməklə, təcavüzkarı dəstəkləmək cəhdlərinin və niyyətlərinin qarşısını aldı. Bu müsahibələrin dünyanın ən aparıcı medialarına verilməklə necə böyük bir auditoriyanı əhatə etməsi də hərtərəfli düşünülmüş və uğurla reallaşdırılmış bir taktika və strategiya idi. Hərb meydanında və masada əldə etdiyi inanılmaz qələbələri ilə dünyanı heyrətə salan İlham Əliyev taktikası və strategiyası.

Kitaba həmin müsahibələrin hansı beynəlxalq media qurumlarına və hansı tarixdə verildiyi, mövzuları barədə məlumatlar da daxil edilib.

Müəllif Azərbaycan Ordusunun 8 noyabrda strateji əhəmiyyətə malik Şuşa şəhərini azad etməsini, hərb tarixinə düşən bu döyüşün müharibənin taleyini həll etdiyini, Ermənistanın kapitulyasiyasına səbəb olduğunu vurğulayır və 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanatı Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirir. Çünki məğlubiyyətini qəbul edən Ermənistan qısa müddətdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan Azərbaycana təhvil verdi.

Müəllif müharibə zamanı Azərbaycana həqiqi və mənəvi dəstək göstərmiş Türkiyə, Pakistan və İsrail dövlətlərinin adını çəkir, müasir PUA-lardan və digər texniki vasitələrdən geniş istifadə olunmasını da xüsusi məmnunluqla qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, qələbəni təmin edənlər əsgərlər və zabitlər idi.

Kitabda 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycanın bütün Qarabağ üzərində suverenliyinin bərpa edildiyi, hazırda azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı da qeyd olunur və bütün bunlarda Azərbaycan xalqını səfərbər etməyi bacaran möhtərəm Prezidentin liderlik qabiliyyətinin mühüm rol oynadığı vurğulanır.

Kitabda Azərbaycan Ordusunun müharibənin davam etdiyi 44 gün ərzində göstərdiyi peşəkarlığı, qəhrəmanlığı yüksək qiymətləndirir və bunun hərb tariximizin şanlı səhifələrini təşkil etdiyini iftixar hissi ilə oxucuya çatdırır. Cümhuriyyətimizin yadigarı olan milli ordumuzun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev və sonrakı mərhlədə bu yolu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə inkişaf etdirildiyi, dünyanın ən güclü orduları sırasına çıxarıldığından qürur duyan müəllif ordu quruculuğunun bu gün də əzmlə davam etdirildiyini qeyd edir. Onu da bildirir ki, hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur və ordu NATO standartlarına yaxınlaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdadır. Müasir ordu modeli çərçivəsində Komando briqadaları, Xüsusi Təyinatlı Qüvvələr, pilotsuz uçuş aparatları ilə təchiz olunmuş bölmələr yaradılmış, döyüş hazırlığı və texnoloji üstünlük təmin edilmişdir.

Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı ilə ölkə səviyyəsində bir daha tarixləşdirilməsi və təntənə ilə qeyd olunduğu da kitabda əksini tapmış və bu qürurverici hadisə barədə geniş məlumat çatdırılmışdır.

Əlbəttə, böyük Zəfərin əldə olunması Azərbaycan Silahlı Qüvvələrinin əsas tərkib hissəsi olan Azərbaycan Ordusu ilə yanaşı, onun hər bir bölməsinin şücaətinin, peşəkarlığının nəticəsidir. Bu baxımdam Azərbaycan təhlükəsizlik orqanlarının qələbəyə verdiyi töhfələr xüsusi əhəmiyyət kəsb edir və müəllif bu barədəki fikirlərini konkret faktlara istinadla açıqlayır. Üç fəsildən ibarət olan kitabın 2-ci fəslində yer alan “DTX ordumuzla birlikdə təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir” və “DTX-nın antiterror əməliyyatı” adlı yazılarda təhlükəsizlik orqanılarnın 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə həyata keçirdiyi uğurlu fəaliyyətdən, böyük fədakarlıqlardan bəhs olunur.

Kitabın başlıca məziyyətlərindən biri şanlı Zəfərdən ötən beş il ərzində onun tarixi və praktik əhəmiyyətinin geniş ictimaiyyət arasında təbliği, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinin hərtərəfli əhatə olunması, Ermənistanla sülhün əldə edilməsi üçün göstərilən ardıcıl səylər, iki və çoxtərəfli danışıqların nəticələrinin təhlil edilməsi ilə bağlıdır.

Kitabı vərəqlədikcə əmin olursan ki, müharibədə olduğu kimi, sülh prosesində də Azərbaycanın mövqeyi ardıcıl və qətidir. Yeri gəlmişkən, vaxtilə xalqımıza qarşı ağır, qanlı cinayət əməlləri törətmiş erməni separatçılarının bu gün Bakı Hərbi Məhkəməsində, dünyanın gözü qarşısında cavab vermələri və öz cinayətlərini etiraf etmələri də göstərir ki, Azərbaycan dövləti güclüdür, onun Prezidenti isə milli maraqların qorunmasında həmişə olduğu kimi, dönməz və qətiyyətlidir.

Bəli, xalqımız tarixə əbədi həkk olunmuş 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünü 8 noyabr 2025-ci ildə qürur və iftixar hissi ilə qeyd etdi. Bu Zəfərlə tarixin axarı dəyişdi, xalqın qürur kitabına yeni, silinməz və şərəfli səhifələr yazıldı. Bu əbədi səhifələrin baş qəhrəmanları olan şəhidlərimiz heç zaman unudulmayacaq, daim xatırlanacaq, hər bir azərbaycanlının and yeri olacaqlar.

Bir daha qürurla vurğulayırıq ki, şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu Zəfərin əbədi əsaslarıdır. Bu sütunlar üzərində yüksələn Zəfər abidəsi isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də ruhlandıracaq. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun 3 fəsildən və ön sözdən ibarət olan yeni kitabının əsas missiyası da budur: Vətəni, öz dövlətini sevmək, həmişə müzəffər Prezident İlham Əliyevin yanında dayanmaq, onun uğrunda hər cür fədakarlığa hazır olmaq. İnamla demək olar, müəllif bu missiyanın öhdəsindən layiqincə gəlib.

Ağalar ABBASBƏYLİ,
tarix elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see222

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see194

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see133

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri