Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

ŞƏRƏFLİ ÖMRÜN HƏR KƏSƏ DÜŞƏN İŞIQ PAYI

ŞƏRƏFLİ ÖMRÜN HƏR KƏSƏ DÜŞƏN İŞIQ PAYI

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün ömrünün 70-ci yayını salamlayan tanınmış elm adamı, dəyərli ziyalımız Bəhram Əliyev 2 sentyabr 1955-ci ildə Ermənistanın Zəngibasar rayonunda anadan olmuşdur. 1973-cü ildə əmək və elmi fəaliyyətinə  başlamışdır. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinin "mühəndis-hidrotexnik" ixtisası üzrə tam kursu bitirmiş  və  2003-cü ildə "İlin ixtiraçı mühəndisi" adına layiq görülmüşdür. Elə bu nailiyyətlər də onun həyatını yeni uğurlara istiqamətləndirmiş və demək olar ki, bir elm adamı, bir pedaqoq kimi o, qısa zamanda həmkarlarından müsbət mənada seçilmiş, tələbələrinin sevimlisinə çevrilmişdir. 

Haşiyə: 

1988-ci ildə Novoçerkask şəhərində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri namizədi dərəcəsi almışdır. Öz elmi yaradıcılıq fəaliyyəti dövründə 30-dan çox müxtəlif konstruksiyalar, suvarma texnikası sistemi və kənd təsərrüfatı bitkilərinin mütərəqqi suvarma üsullarını yaratmışdır. Bir çox elmi-tədqiqat işlərinin rəhbəri olaraq onların yerinə yetirilməsində bilavasitə iştirak etmişdır ki, bunların da nəticəsi hazırda təkcə MDB ölkələrində deyil, həm də uzaq xaricdə - İran, Türkiyə, Kuba, Almaniya, İsrail və s. ölkələrdə tətbiq olunur.

1997-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasına öz dissertasiyasını təqdim edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almış  və Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü seçilmişdir.

1999-cu ildə Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, 2001-ci ildə Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının akademiki seçilmişdir. 2010-cu ildən   isə  Rusiya Kənd Təsərrüfatı Akademiyasının həqiqi üzvüdür.
2001-2004-cü illərdə su və torpaq ehtiyatlarının idarə olunması ilə bağlı böyük bir layihənin milli koordinatoru və rəhbəri olmuşdur. Bu layihələr əsasən Azərbaycanın Şamaxı və Tərtər rayonlarında həyata keçirilmişdir. Rəhbərliyi ilə yaradılmış yeni növ suya qənaət edən suvarma texnika və texnologiyalar bu günədək demək olar ki, Azərbaycanın dağ və dağətəyi zonalarında geniş tətbiq edilməkdədir.

100-dən çox elmi əsərin, həmçinin çoxlu sayda (30-dan artıq) ixtiranın müəllifi olmuşdur ki, onlardan onuna patent (o, cümlədən 3-ü Rusiya Federasiyasının, 7-si Azərbaycan Respublikasının) verilmişdir. Elmi əsərləri ilə yanaşı, 22 monoqrafiyası vardır ki, bunlar da meliorasiya və təbii ehtiyatların qorunması probleminə həsr olunmuşdur. Elmi-istehsalat fəaliyyəti ilə yanaşı, Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Hidrotexnika və meliorasiya" kafedrasının professoru kimi elmi-mühəndis kadrların hazırlanmasında fəal iştirak edir. 

Qələmlə ünsiyyətdə olan biri kimi ürəyimdən keçənlərin hamısını bir-bir yazmaq səadətini bu an yaşayıram. Üstəlik də çox yaxşı tanıdığım,  sonsuz hörmət bəslədiyim, ünvanına səmimiyyətlə düşündüklərimi çatdırmaq istədiyim insan,  yaxınım-doğmam olduğundan bu yubiley yazısını qələmə almaq istəyəndə  düşündüm necə yazım ki,  ailəsini-ətrafını yaxşı tanıdığım insan haqqında  mükəmməl bir yazı alınsın. Sən demə, çox yaxşı tanıdığım insan barəsində yazmaq,  ürək sözlərimi ardıcıllıqla qələmə almaq heç də asan iş deyilmiş.  O da ola elm sahəsində sözünü demiş, hərtərəfli və çox ləyaqətli insan haqda fikir söyləmək, söz açmaq, düşüncələrini bölüşmək...

Məncə,  bu, böyük məsuliyyətdir.  Sadə və səmimi insanların elmdə öz xüsusi və böyük çəkisi olduğunu da bilirəm. Elə Bəhram müəllim də belə böyük ürəkli,  tanınmış,  yüksək vəzifələrdə də öz səmimiliyini və sadəliyini qoruyan seçilmişlərdən olduğu üçün bu kiçik yazımda qəlbimdə olanları,  düşündüklərimi qeyd etməyin, yazmağın həyəcanını yaşamaqdayam. 
Bəhram müəllim müasir təfəkkürlü alimlərdən olduğu üçün onun elmə verdiyi töhfələr, elmi uğurları bu gün və sabah üçün ölkəmizdə önəmli sahələri əhatə edir.  O, Azərbaycan elmində çoxlarına yol göstərmişdir, həmişə ətrafında olanlara böyük ehtiramla yanaşaraq qarşılıqlı hörmət çərçivəsində hər kəsə nümunə ola bilən elm adamlarımızdandır.  Mən Bəhram müəllimin elmdə göstərdiyi uğurları və öz sahəsində vurduğu külüng haqda çox danışmaq niyyətində deyiləm.  Çünki  bu, bir yubiley təbriki çərçivəsindən çox böyük və geniş mövzudur. Lakin mən gördüklərimi mütləq şəkildə burada, qısa formada olsa da,  öz qələmimə güvənərək uyğun tərzdə təbrik yazısı çərçivəsində sığışdırmaq fikrindəyəm. 
Bəhram müəllim sanki çox ciddi və bununla bərabər çox mütəvazi,  mülayim təbiətli, hər kəsə sevgi ilə yanaşan insan olmaqla bərabər, həmişə, həm özünə, həm də ətrafına qarşı tələbkarlığı olan şəxsiyyətlərdəndir.  Onu tanıdığım andan anladım ki, Allah hər zaman olduğu  kimi, ömrümün  səhifələrinə  adı  böyük  hərflərlə  yazılmağa  layiq, seçilmişlərdən  olan, hərtərtəfli  insan  nəsib  edib. Min  şükür   kərəminə.

Bəhram  müəllim  öz nəslinə, nəcabətinə, soykökünə, ailəsinə  şərəf yaşadan, qürurlu  insandır. Mən  hər zaman  düşünmüşəm ki, insanı  uca  tutan, onun  ölçüsüz və  qiymətsiz  sərvəti  ilk  növbədə  ailəsidir. Belə bir  gözəl ailənin böyüyüdür  Bəhram müəllim. Onun xeyirxahlığı, mehribanlığı, qarşısındakılara  dəyər  vermə  qabiliyyəti, tükənməz  bacarığı, dəyanəti  və  biliyi  sayəsində  elə  elmə  yiyələnməsi də  həyatının  qayəsidir. 

Bugün illərdir yaxşı tanıya  bildiyim,  səmimiliyinə  məftun  olduğum doğma  insan – əzizim Bəhram  müəllim  dünyanın mənasını kimlərəsə  əl tutmaqda, pasibanlıq etməkdə, çoxlarına valideyn qayğısı göstərməkdə görən  əvəzsiz insanlarımızdandır. Onu da deyim ki, Bəhram müəllim qohum-əqrəbaya, həmkarlarına qarşı da çox  ülvü münasibət bəsləyən və hər birinə ayrı-ayrılıqda qırılmaz  tellərlə  bağlı  olan  biridir. Və  çoxlarına  da arxa-dayaq  olubdur. 

Gözəl alim, müəllim  və həm də bənzərsiz  rəhbər, təşkilatçılıq bacarığına malik çox təmkinli  insandır desəm,  fikrimi daha  düzgün  ifadə etmiş olaram. Məğrurluğundan, sədaqətindən, etibarından öz övladlarına da   yetərincə pay verib.   Ailəsində paklıq, təmizlik, sədaqət ruhu hökm sürür. 

Bəhram müəllimin həyat yoldaşı, sevib-seçdiyi, gözəl Şəhla xanım sonsuz ehtirama layiq, çox mehriban əzizimizdir.  Əsl Azərbaycan xanımı ər üçün zaman gəlir ana, bacı, dost, sirdaş olmağı bacara biləndir.  Şəhla xanım sadalaya bildiyim və sadalaya bilmədiyim daha çox ilahi sevgi ilə yoğrulmuş, baş tacı hesab olunan,  seçilmiş xüsusiyyətləri xarakterində cəmləşdirən həyat yoldaşıdır. Mehriban,  duyğulu ana, nəvələri üçün diqqətli nənə, qohumlarına sonsuz sevgi ilə bağlı olan Şəhla xanımla mənim də böyük bir könül bağlantım var. Doğma və isti münasibətimiz ilk görüşdən elə yaranıbdır ki, sanıram onillərlə doğma bildiklərimdən daha doğma birisinə çevrilibdir. Qədirbilənlik, diqqətli olmaq,  seçilmiş... əsl insanları daha da yüksəklərdə saxlayan xarakterik insani cəhətlərdəndir ki, bunlar hamısı Şəhla xanımda yetərincədir. 

Sonda istərdim bir neçə cümlə də bu ailə ilə doğmalığımdan söz açım.  Nəvəm Sona – gözümün, könlümün qız payı,  adaşım bu gözəl ailənin gəlinidir, Bəhram müəllim demişkən, qızıdır. Əslində bu mehribanlıq da ailədən gələn gözəlliklərdən doğur. Bu evdə,  bu ocaqda Şəhla xanımın yaratdığı saf və istiliklə dolu  ab-havanı onun gəlininə  və  nəvəsinə  sevgisi sanıram və bu mühit belə bir səmimiyyətin yaranmasının əsasıdır. Gül becəriləndə solmaz, insan seviləndə ucalar. Gəlin-qızlar sevdiklərinə,  tükənməz məhəbbət bəsləyərək düşdükləri ocağa dəyər verib, dəyər görər, böyüyər. Mən öz nəvəmə də,  onun düşdüyü ocağa da, orada olan bütün ailə üzvlərinə də səadət dolu günlər diləyirəm.

...Və əzizimiz  Bəhram müəllimə  ürək  sözlərimi qeyd olunacaq yubiley ərəfəsində kiçik təbrik yazımla çox sevdiyim  «Ədalət» qəzeti vasitəsilə çatdırıb demək istəyirəm ki, əziz  qardaşım, siz   fədakar  əməyinizlə, əqidənizlə  ətrafınıza pak, incə duyğular aşılamaqla bundan belə yüz yaşayıb var olun! Belə şad günlər sizin rəhbərliyinizlə sizin ailədə hələ çox keçiriləcək. Və bu gözəl günlər sizinlə, gülərüz  Şəhla xanımla daha mənalı alınacaqdır. 

Qəlbi mərhəmət hissi ilə yoğrulmuş əziz və böyük insan, hörmətli Bəhram müəllim, bu ad gününüzdə dostlarınızdan, həmkarlarınızdan saysız-hesabsız təbriklər alacaqsınız. Bu yazı da mənim düşüncələrimlə Sizi tanıdığım andan keçirdiyim fəxarət hissi ilə birləşərək Sizə ünvanlanan ürək sözlərimin bir qismidir. Ürəkdən və səmimi qəlbdən təbrik edirəm. Tanrı Sizi qorusun!

Ailəmiz  adından dərin  hörmətlə:

Sona Məmməd qızı ÇƏRKƏZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Avqust 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri