Icma.az
close
up
RU
Şərəfli ömrün müdrik zirvəsi

Şərəfli ömrün müdrik zirvəsi

Icma.az, Sia Az saytına istinadən bildirir.

İsa Qaraşovun 80 illik yubileyi münasibətilə

İnsan ömrünün elə zirvələri var ki, həmin mərhələyə yalnız uzun illərin zəhməti, yüksək mənəviyyatı, dövlətə sədaqəti, xalqa xidməti və insanlara sevgisi ilə çatmaq mümkündür. Belə ömür sahibləri təkcə yaşadıqları dövrün deyil, gələcək nəsillərin də yaddaşında silinməz iz buraxırlar. Bu baxımdan ömrünün 80-ci baharını qeyd edən görkəmli dövlət xadimi, ziyalı, ağsaqqal və nümunəvi insan İsa Qaraşov məhz belə şəxsiyyətlərdəndir.

İsa müəllimin həyat yolu Azərbaycan dövlətçiliyinə sədaqətin, peşəkarlığın və yüksək vətəndaş məsuliyyətinin parlaq nümunəsidir. Onun keçdiyi ömür yolu yalnız tutduğu vəzifələrlə deyil, insanlara münasibəti, yüksək əxlaqı, müdrikliyi və zəngin həyat təcrübəsi ilə dəyərləndirilir. O, dövlət idarəçiliyində çalışdığı bütün illər ərzində vicdanı, dürüstlüyü və prinsipiallığı ilə həmkarlarının, dostlarının və cəmiyyətin dərin hörmətini qazanıb.
İsa Qaraşov haqqında danışarkən ilk növbədə onun ziyalılığından söz açmaq lazımdır. Çünki ziyalı olmaq yalnız ali təhsil almaq və ya yüksək vəzifələrdə çalışmaq demək deyil. Əsl ziyalı cəmiyyətin mənəvi dayağı, milli dəyərlərin qoruyucusu, insanlara yol göstərən şəxsiyyətdir. İsa müəllim bütün fəaliyyəti boyu bu yüksək missiyanı ləyaqətlə yerinə yetirib.
Onu yaxından tanıyan hər kəs bilir ki, İsa müəllim həm də nümunəvi ailə başçısıdır. Ailə dəyərlərinə bağlılığı, övladlarına və nəvələrinə aşıladığı milli-mənəvi prinsiplər, ailəsinə göstərdiyi qayğı onun şəxsiyyətini tamamlayan ən mühüm cəhətlərdəndir. Güclü dövlətin təməli sağlam ailədən başlayırsa, İsa müəllimin ailəsi də bu dəyərlərin yaşadıldığı örnək ocaqlardan biridir.
İsa Qaraşov eyni zamanda etibarlı dost, səmimi yol yoldaşı, çətin gündə insanların yanında olmağı bacaran böyük ürək sahibidir. Onun dostluğa verdiyi qiymət, insanlara göstərdiyi diqqət və qayğı illər keçsə də dəyişməyən mənəvi keyfiyyətləridir. Məhz buna görə də o, müxtəlif nəsillərin nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanır və hər zaman ehtiramla xatırlanır.
Bu gün Azərbaycan cəmiyyəti belə ziyalıların təcrübəsinə, müdrik məsləhətlərinə və mənəvi irsinə böyük ehtiyac duyur. İsa müəllim ömrünün səkkizinci onilliyini də əvvəlki kimi fəallıqla, dövlətçilik ideallarına sədaqətlə və gənc nəslə örnək olmaq əzmi ilə yaşayır. Onun həyat fəlsəfəsində vətənə xidmət, insanlara hörmət və halal zəhmət hər zaman əsas prinsip olub.
İllər insanı qocaltmır, əksinə, mənalı ömür yaşayanları daha da ucaldır. İsa Qaraşovun 80 illik yubileyi də sadəcə təqvim hadisəsi deyil. Bu yubiley dövlətə və xalqa xidmətlə keçən zəngin həyat yolunun, qazandığı hörmətin, yetişdirdiyi etimadın və qazandığı böyük insan sevgisinin təntənəsidir.
Hörmətli İsa müəllim!
Sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni uğurlar və hər zaman əzizlərinizin əhatəsində xoş günlər arzulayıram. Arzu edirəm ki, zəngin həyat təcrübəniz, müdrik sözünüz və ziyalı mövqeyiniz bundan sonra da cəmiyyətimizə işıq tutsun, dövlətçiliyimizin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə versin.
80 yaşınız mübarək olsun, dəyərli İsa müəllim! Ziyalılığınız, nəcibliyiniz və insanlığınız daim uca tutulacaq.

Bəhruz Quliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyul 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri