Icma.az
close
up
RU
Şərəfli ömür yolunun müdriklik zirvəsi

Şərəfli ömür yolunun müdriklik zirvəsi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hörmətli veteranımız, istefada olan polkovnik Məhəmməd Mirzəyevi Daxili Qoşunlarda həqiqi hərbi xidmətə başladığım ilk gündən geyim xidmətinin rəisi kimi tanımışam. O, Baş İdarənin zabit heyəti arasında nisbətən daha yaşlı və daha yüksək - polkovnik-leytenant rütbəsində idi. Buna baxmayaraq, onun hər bir zabitə eyni münasibətlə yanaşması, onlara dünyagörüşü və təcrübəsindən irəli gələn məsləhətlər verməsi, bir sözlə, gənc zabitlərin qarşıda duran çətin və şərəfli xidmət yoluna bacardığı qədər işıq salmağa çalışması diqqətçəkən məqamlardan idi.

Mirzəyev Məhəmməd Abdulhüseyn oğlu 15 avqust 1945-ci ildə anadan olub. O, 1962-ci ildə  orta məktəbi, 1968-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ukraynanın Xarkov şəhərində yerləşən Arxa cəbhə üzrə Ali Hərbi Məktəbi, 1978-ci ildə isə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Arxa cəbhə və avtonəqliyyat üzrə Hərbi Akademiyanı bitirib.

M.Mirzəyev 1978-1990-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən hərbi hissəsində hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini, SSRİ DİN-in Daşkənd şəhərində yerləşən Ali kurslarında baş müəllim, 1991-ci ildə  SSRİ Daxili İşlər Nazirliyinin Bakının Binəqədi rayonunda yerləşən Mərkəzləşdirilmiş anbarlarının rəisi, 1992-ci ildə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin Maddi-texniki təminat idarəsində geyim xidmətinin rəisi, 1993-2004-cü illərdə Daxili Qoşunlar komandanının maddi-texniki təminat xidmətləri üzrə müavini vəzifələrində xidmət edib. Azərbaycan Respublikasının müharibə və Silahlı Qüvvələr veteranıdır.

1993-cü ilin fevral ayında M.Mirzəyev Daxili Qoşunlar komandanının arxa cəbhə üzrə müavini-arxa cəbhə rəisi təyin olundu. Təyin olunduğu günün axşam toplanışında Baş İdarənin zabit heyəti qarşısında çıxış etdi. “Çox hörmətli zabit yoldaşlarım. Daxili Qoşunlar komandanı bu gündən etibarən məni arxa cəbhə üzrə müavini vəzifəsinə təyin edib. Dünənə qədər mən də sizinlə birgə xidmət rəisi olaraq bir sırada dayanırdım, yeni təyinata baxmayaraq, yenə də sizlərlə bir sıradayam. Vəzifəmə başlamadan öncə hər birinizə bu günə qədər birgə xidmətimizə görə təşəkkür edirəm. Bu gündən isə mənə göstərilmiş etimad həm mənim, həm də sizlərin qarşınızda yeni məsuliyyətlər yaradır. Hamınızı əmin edirəm ki, bütün səriştəmi, biliyimi və bacarığımı cavabdeh olduğum sahənin normal fəaliyyətinə, inkişafına yönəldəcəm. Digər tərəfdən, komandan müavini kimi fəaliyyət göstərdiyimiz indiki döyüş şəraitində hər birinizə qarşı tələbkarlığımı düzgün anlayasınız. Bu sözləri təyin olunduğum vəzifənin qarşıma qoyduğu məsuliyyəti dərindən dərk etdiyim üçün söylədiyimi bəri başdan düzgün qəbul etməyinizi xahiş edirəm”.

M.Mirzəyevin vəzifəyə təyinatı ilə arxa cəbhə xidmətlərində işə yanaşma, xidmətə münasibət demək olar ki, kökündən dəyişildi. Əlbəttə, bundan əvvəl də arxa cəbhə qoşunların təminatı üçün gecə-gündüz çalışır, xüsusən cəbhə bölgəsinin təchizatını tələb olunan səviyyədə həyata keçirirdi. Dəyişikliklər isə, ilk növbədə, maddi vəsaitlərin bütün sahələrdə dəqiq uçotunun aparılması, əldə olan vəsaitlərin qorunub saxlanılması, tədarük edilmiş əmlakın qorunmasında, yerlərə çatdırılmasında, paylanılmasında məsul şəxslərin təyin olunması, əmlakın dövriyyəsinə nəzarət sisteminin qurulması, baş verə biləcək əyinti hallarının aşkar edilməsi, qarşısının alınması ilə bağlı idi. Arxa cəbhə təminatında əsas məqsəd maddi vəsaitlərin təyinatı üzrə sonuncu nöqtəyə, istehlakçıya – əsgərə çatdırılması müəyyənləşdirilmişdi, yəni əmlakın tədarük edilərək, hərbi hissələrə göndərilməsi yalnız işin başlanğıcı hesab olunurdu və sonuncu əsgər təmin edilənədək bu proses nəzarətdə saxlanılırdı. Bütün bu işlərin aparılmasının ən böyük çətinliyi peşəkar kadr heyətinin kəskin çatışmazlığı, arxa cəbhə üzrə mütəxəssislərin barmaqla sayılacaq sayda olması idi. Ona görə də yuxarıda qeyd olunan xidməti vəzifələrin icrası böyük çətinliklərlə başa gəlirdi. Şəxsi heyətin qeydiyyatında yol verilən yanlışlıqlar təminat işində də ciddi problem yaradır, xüsusilə ərzaq təminatında axsamalar meydana çıxırdı. Bütün bunlara baxmayaraq, həmin dövrdə xidmət etmiş hərbi qulluqçularımız yaxşı xatırlayırlar ki, qoşunlarda ərzaq təminatı həmişə lazımi səviyyədə icra edilirdi.

Atəşkəs dövründə M.Mirzəyev iş prinsiplərini yenidən müəyyənləşdirməyə, yeni şəraitdə yeni üsullarla işləməyə başladı. Onun ən önəm verdiyi məsələlərdən biri tabelikdə olanların metodiki hazırlığı idi. O, çox tələbkar bir rəhbər olmaqla, bərabər zabitlərin peşəkar yetişməsində və təyinatı üzrə yerləşdirilməsində ədalətli mövqe nümayiş etdirir, tabelikdə olanlara qayğı göstərməyi unutmur, onların xidmətlərini qiymətləndirirdi. Onun tələbkarlığı da özünəməxsusluğu ilə fərqlənirdi, tələb etdiyi işin axıra qədər icrasına əmin olana qədər, yorulmadan məsul şəxslə izahat işləri aparır, göstəriş və tövsiyələr verir və bildirirdi ki, zabit vəzifə, rütbə uğrunda deyil, ona həvalə olunmuş işin daha yaxşı, yüksək keyfiyyətlə və vaxtında icrası üçün çalışmalıdır, vəzifənin, rütbənin verilməsi isə bu xidmətləri ədalətli qiymətləndirməyə borclu olan rəisin birbaşa vəzifə borcudur. Təsadüfi deyil ki, əksəriyyəti mülki həyatdan peşəkar hərbi qulluğa qəbul edilmiş hərbi qulluqçular polkovnik M.Mirzəyevin “məktəbini” keçərək, özünün də bəzən yarızarafatla qeyd etdiyi kimi, qərəzsiz, vicdanlı, təmənnasız yanaşması sayəsində qoşunlarda ən yüksək maddi məsul vəzifələrə qədər yüksəlməyi bacarmışdılar və bu gün də qoşunların həyatında öz xidməti töhfələrini verməkdədirlər.

Heç kimə sirr deyil ki, döyüşlər gedən müddətdə maddi vəsaitlərin istifadəsinə nəzarət o qədər də asan deyil, amma dinc dövrdə bütün bu məsələlərə xüsusi nəzarət olunur, hüquq-mühafizə orqanları tərəfindən planlı yoxlamalar aparılır. Belə bir vəziyyətdə M.Mirzəyevin peşəkarlığını tamamlayan zəngin mənəvi keyfiyyətlərinin məncə ən bariz nümunəsi elə özünün tabeliyindəkilərlə münasibətində irəli sürdüyü “qoru və qorun” şüarı idi. Bu şüarın əsas məqsədi tabelikdə olanların öz vəzifə borclarını düzgün yerinə yetirməsinə nail olmaqla, onları qorumaq və son nəticədə də qorunmaq idi. Qeyd etməliyəm ki, M.Mirzəyev bütün xidməti boyu özünün irəli sürdüyü bu şüara sadiq qaldı, tabelikdə olanlarla tələbkar münasibət nəticəsində böyük maddi məsuliyyət daşıyan arxa cəbhə xidmətlərində ciddi nöqsanlar aşkar edilmədi.

M.Mirzəyevin xidməti yalnız rəhbərlik etdiyi sahə ilə məhdudlaşmırdı. Veteran Qasım Namazov xatırlayır ki, Füzuli döyüşlərində iştirakı zamanı Babı kəndində şəxsi heyətlə müstəqilliyimiz və ərazi bütövlüyümüzün əhəmiyyəti, onun qorunmasında Azərbaycan əsgərinin vəzifəsi barədə apardığı söhbətdən, qayğıkeş bir rəhbər kimi verdiyi tövsiyələrdən sonra əsgərlərdə çox yüksək əhval-ruhiyyə yaranmışdı.

Cəbhə bölgəsində alay komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etdiyim vaxtlarda polkovnik M.Mirzəyev dəfələrlə yoxlamalar, tədbirlər zamanı hərbi hissəmizə gələrkən, mənimlə mütləq görüşər, ilk növbədə, şəxsi heyətin əhval-ruhiyyəsini öyrənər, bundan sonra plan üzrə işlərinə davam edərdi.

O, komandan müavini kimi hərbi hissələrdə iştirak etdiyi yekun, kompleks və məqsədli yoxlamalar zamanı şəxsi heyətin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığına ciddi fikir verir, bir çox halda isə yoxlamanı özünəməxsus yanaşma tərzi ilə kollektiv bayram tədbirinə çevirməyi bacarırdı. Onun sərt davranışı və ciddi tələbkarlığı ilə bərabər, çox incə yumor hissinin olduğunun dəfələrlə şahidi olmuşam. Hərbi hissələrdən birindən çoxsaylı şikayət daxil olur, komandanlıq ən ciddi yoxlama kimi polkovnik M.Mirzəyevin rəhbərliyi ilə yoxlama qrupu göndərir. Heç kimin gözləmədiyi halda polkovnik M.Mirzəyev şəxsi heyətdən 3 km qaçış üzrə normativləri qəbul edəcəyini bildirir və hərbi hissənin fiziki hazırlıq rəisi, qaçış üzrə Afina marafonunda Azərbaycanı təmsil etmiş peşəkar idmançı Faiq Məmmədovu sıra önünə dəvət edərək, qaçış qaydalarını izah etməsini istəyir. İzahatdan sonra şəxsi heyət normativləri qənaətbəxş verir və bunu yoxlamanın yekununda ən maraqlı, yaddaqalan tədbir kimi qiymətləndirirlər. Həmin yoxlamada qrupun tərkibində iştirak edən zabit Cəbrayıl Qurbanov bildirir ki, yoxlamanın yekununda polkovnik M.Mirzəyevin hərbi hissənin komandanlığına daxil olmuş şikayətlərin haqlı olduğunu və bundan ciddi nəticələr çıxarmalı olduqlarını böyük ustalıqla çatdırmasını indi də unutmayıb. Digər oxşar hal isə həmişə yüksək nəticələri ilə fərqlənən taborlardan birində baş vermişdi. Daxili Qoşunlar komandanı taborun nəticələrinin nə dərəcədə doğru olduğunu öyrənmək istəyir və bu məqsədlə polkovnik M.Mirzəyevə bu məsələyə xüsusi diqqət yetirməyi tapşırır. Yoxlama zamanı doğrudan da yaxşı nəticələr qazanan taborda atəş hazırlığının növbəsi gəlir. Atəş sahəsində müşahidə aparan M.Mirzəyev tabor komandiri Vurğun Abbasovun fərdi qaydada hər bir əsgərin avtomatının sıfırlanmasında və atəşə hazırlığında şəxsən iştirak etdiyini görür. Atəşin nəticələri də yüksək olur, bundan sonra taborun yüksək nəticələri daha heç kimdə şübhə yaratmır. Qeyd olunan hadisələrdən əlavə, polkovnik M.Mirzəyevin hərbi hissələrdə real vəziyyətin aşkara çıxarılmasında, mövcud nöqsanların yerindəcə aradan qaldırılmasında köməyinə dair onlarla nümunə göstərmək olar.

Polkovnik M.Mirzəyevin xalqımız qarşısında, ordu quruculuğunda xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə qiymətləndirilib, bundan başqa xidməti dövründə təhsil aldığı Ali Hərbi Məktəb və Hərbi Akademiya rəislərinin, diviziya və hərbi hissə komandirlərinin, SSRİ və Azərbaycan Respublikasının daxili işlər nazirinin, Daxili Qoşunlar komandanının əmrləri ilə fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılıb. Amma onun ən böyük mükafatı Vətənimizin ən ağır günlərində, böyük bir məsuliyyət hissi ilə Daxili Qoşunların yaranmasındakı rolu və arxa cəbhə xidmətindəki yaratdığı təməl prinsiplərin bu gün də qoşunların inkişafına verdiyi töhfələrdir. 
Çox dəyərli Məhəmməd müəllim! Belə bir aforizm var: “Ömür vaxtla yox, əməllərlə ölçülür”. Görkəmli alimimiz Xudu Məmmədov isə deyirdi: “Ömür yaddaqalan günlərin sayı ilə ölçülür”. Sizin keçdiyiniz həyat yolu üçün səksən il sadəcə bir rəqəm deyil, taleyin yazdığı hikmət, təcrübə dolu bir hekayədir, yetişdirdiyiniz məhsulu biçmə, zəhmətinizin bəhrələrindən həzz almaq və təcrübənizi bölüşmək vaxtıdır.

Sizin üçün 80 il yaşadıqlarınızla fəxr etmək, sədaqət və hikmətlə yazılmış həyat kitabında yeni bir fəslin başlanğıcı, gələcəyə nikbinliklə baxmaq üçün səbəbdir.

Siz yenə də ömrünüzün 40 ilindən çoxunu şərəflə xidmət etdiyiniz hərbi işə sevginin, Vətənə sədaqətin nümunəsi kimi gənc zabitlərimizə örnəksiniz. Biz də Daxili Qoşunların veteranları olaraq polkovnik Məhəmməd Mirzəyevə bundan sonra da möhkəm sağlamlıq, yeni yubileylər və həmişə olduğu kimi ön cərgələrdə olmağı arzu edirik.

Səfxan Bayramov,
Daxili Qoşunların Veteranlar şurası sədrinin müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see177

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see161

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see155

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see155

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see153

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see145

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see141

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see140

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see132

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see130

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see128

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see127

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see126

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see126

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see126

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see125

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see123

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see122

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see121

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri