Icma.az
close
up
RU
Şərəfli həyat yolunun müdriklik zirvəsi

Şərəfli həyat yolunun müdriklik zirvəsi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şanlı tariximizin bütün dövrlərində Azərbaycan qadını öz ağlı, zəkası, biliyi, istedadı, qəhrəmanlığı ilə istər Vətənə layiqli övladların yetişdirilməsində, istər idarəçilikdə, istər ölkənin ictimai-siyasi həyatında, istər mədəni-maarifçilik, istərsə elm sahəsində, istərsə də savaşda tarixin sınağından uğur və qələbə ilə çıxmağı bacarıb. Müasir Azərbaycan tarixində də müstəqilliyimizin möhkəmlənib dönməz xarakter almasında, dövlətçiliyimizin inkişafında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılaraq ədalətin bərqərar olmasında, Ermənistanın işğalçılıq siyasətinə son verilməsində də Azərbaycan qadınının misilsiz xidməti olub. Azərbaycan mədəni irsinin dünyada təbliğində, son 20 ildən artıq müddətdə dövlətimizin əldə etdiyi uğurlarda, Ermənistanın işğalçılıq siyasətinə qarşı 44 günlük Vətən müharibəsində Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətənin ən çətin anlarda Müzəffər Ali Baş Komandanla çiyin-çiyinə dayanıb, ona dayaq oldu.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla digər Azərbaycan xanımları da dövlətçiliyimizin inkişaf edib möhkəmlənməsində, beynəlxalq aləmdə özünəlayiq yer tutmasında müstəsna rol oynamaqdadırlar.

Azərbaycan dövlətçiliyinin inkişafında və idarəçiliyində, cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində nümunə olan xanımlardan biri də əsl Azərbaycan türk qadını obrazını özündə əks etdirən Milli Məclisin sədri Sahibə xanım Qafarovadır.

Martın 19-da Milli Məclisin sədri, filologiya elmlər doktoru, professor Sahibə xanım Qafarovanın 70 illik yubiley günüdür. Sahibə xanım Qafarova halal əməyi, zəhməti, bacarığı ilə şərfəli bir həyat yol keçərək müdriklik zirvəsinə yüksəlib. 

Bu gün biz tam məsuliyyətimizlə deyə bilərik ki, öz ağlı, zəkası, bacarığı, Vətəninə, xalqına olan sevgisi ilə müdriklik zirvəsinə yüksələn Sahibə xanım Qafarova ona etibar edilib etimad göstərilən vəzifənin öhdəsindən layiqincə gəlib və gəlməkdədir.

Bunun üçün Sahibə xanım Qafarovanın keçdiyi həyat yoluna qısa nəzər salmaq yetər. Sahibə xanım bir müəllim və elm adamı olaraq gənc nəslin bir vətəndaş kimi formalaşmasında, elmi biliklərə yiyələnməsində xüsusi rolu olan insanlardandır. O, M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı SlavyanUniversiteti) Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Pedoqoji Dillər İnstitutunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib.

Sahibə Qafarova 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.

Elmi fəaliyyəti dövründə bir sıra dərsliklərin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dan çox elmi məqalənin müəllifi olub.

2004–2020-ci illərdə çalışdığı Universitetin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib.

2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.

Sahibə xanım Qafarova elmi fəaliyyətlə paralel Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkənin siyasi həyatında fəal iştirak edib. Ölkənin ictimai-siyasi həyatında fəal iştirakın nəticədir ki, 2010-cu ildən etibarən ardıcıl olaraq IV, V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2015–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədr müavini vəzifəsində çalışıb.

2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.

2015–2017 Avropa Şurası Parlament Assambleyasının "Zorakılıqdan azad qadınlar" parlament şəbəkəsinin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin Sədri vəzifəsində çalışıb, Büro üzvü olub.

2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Bu ötən müddət ərzində Sahibə xanım Qafarova Azərbaycan dövlətçiliyini töhfə verməyi bacaram bir ziyalı, ictimai-siyasi və dövlət xadimi kimi özünü təsdiq edə bilib. Məhz bu uğurlu fəaliyyətin nəticəsi olaraq 2020-ci ildə isə cənab Prezident İlham Əliyev tərəfindən ona böyük etimad göstərilərək Milli Məclisin sədri seçilib. Bu müddət ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində yorulmadan əzmkarcasına fəaliyyət göstərərək, onun göstərdiyi etimadı doğrultmağa çalışıb. Və buna da nail olub.

Sahibə xanım Qafarovanın parlamentə rəhbərliyi həm Milli Məclisin rəhbərliyinin formalaşması, həm idarəetmə, həm də fəaliyyəti istiqamətində yeni bir mərhələnin başlanğıcı olub. Milli Məclis ölkənin daxili həyatında, qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkənin gələcək inkişafına xidmət edən qanunvericilik bazasının formlaşdırılması ilə yanaşı, ölkəni və ictimaiyyəti narahat edən məsələlərlə bağlı dinləmələr keçirilib. Bir çox hallarda cəmiyyəti narahat edən məsələlərin qanun müstəvisə tənzimlənməsi məqsədi ilə yeni qanunlar hazırlanaraq qəbul edilib.

VI Milli Məclis ölkənin daxili siyasətlə yanaşı, cənab Prezidentin xarici siyasi kursunun uğurla həyata keçirilməsində parlament diplomatiyasının rolundan maksimum istifadə edib. Parlamentarizm tarixində ilk dəfə olaraq VI çağırış Milli Məclisin sədrinin xarici səfərlərinin sayı rekord həddə çatıb və ötən dövrdə 70-dən artıq xarici səfəri olub. Bütün bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq VI çağırış Milli Məclis qalib, müzəffər ölkənin qalib parlamenti kimi tarixə düşüb.

Bu gün 70 illik ömür kitabını vərəqləsək görərik ki, ömür hədər keçəyib. Ömür kitabının hər bir vərəqində millətə, Vətənə xidmət izləri var.

Sahibə xanım Qafarova timsalında Azərbaycan qadınları tariximizin bütün dövrlərində olduğu kimi, xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfəsini verib və verməkdədir. Əminik ki, Sahibə xanım Qafarova bundan sonrakı fəaliyyətində də xalqımızın, dövlətimizin inkişaf edib dünyada layiqli yeri tutmasında cənab Prezidentin yürütdüyü siyasətin uğurla icra olunmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Sahibə xanım Qafarovaya bu yolda cansağlığı və uğurlar arzulayırıq.

Mürtəza Bünyadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri