Serenay Sarıkaya sevgilisi ilə ayaqyalın rəqs etdi VİDEO
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Uzun müddətdir münasibətlərini mediadan gizli saxlamağa çalışan Serenay Sarıkaya və Mert Demir cütlüyü qatıldıqları gecədə diqqət mərkəzinə düşüblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisanın baş rolda çəkildiyi "Kimler geldi kimler geçti" serialının yeni mövsüm şənliyində cütlüyün səmimi görüntüləri maraqla qarşılanıb.
Gecəyə bəbir naxışlı mini donu ilə qatılan Serenay Sarıkaya, cəsarətli geyim tərzi ilə yanaşı, ayaqyalın rəqs etməyi ilə də sosial mediada ən çox danışılan simalardan birinə çevrilib.
Gecənin ən yaddaqalan məqamı isə cütlüyün Mert Demirin "Gözlerime Bak" mahnısı sədaları altında etdiyi romantik rəqs olub. Bir-birlərinə sarılaraq rəqs edən məşhurların bu səmimi halları onların münasibəti haqqında gəzən "reklam eşqi" iddialarına faktiki bir cavab kimi qiymətləndirilib.
Qonaqların maraqla izlədiyi bu anlar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq böyük bəyənmə toplayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:263
Bu xəbər 08 May 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















